Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:36

«Kamerada Hacı Məmmədovun qayğısına qalırlar»


«Azadlıqda heç kim onun qabağında dura bilmirdi»
«Azadlıqda heç kim onun qabağında dura bilmirdi»
Sentyabrın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam etdirildi. Təqsirləndirilən şəxs Eldar Rəhimov dövlət ittihamçısının, zərərçəkmişlərin nümayəndələrinin suallarını cavablandırdı. Dəstə tərəfindən öldürülən adamların hamısına başsağlığı verməklə çıxışına başlayan Eldar Rəhimov ibtidai istintaqa verdiyi ifadələrin hamısını təsdiq etdiyini bildirdi. O, Nazim Paşayevin öldürülməsi faktı ilə bağlı istintaqa birinci məlumat verdiyini, sonradan üzləşmə zamanı da Hacı Məmmədovun bunu təsdiq etdiyini dedi. Təqsirləndirilən bildirdi ki, istintaq materiallarında Nazim Paşayevin Hacı Məmmədov deyil, onun tərəfindən öldürülməsi göstərilib:


«Kamerada onun qayğısına qalırlar. Azadlıqda heç kim qabağında dura bilmirdi, indi xəstələnib deyə, burada ona qulluq olunur»
«Bu məsələ ilə bağlı MTN-in İstintaq İdarəsinə və Baş prokurora müraciət etdim və üzləşmə aparılmasını tələb etdim. Mənə dedilər ki, Hacı səninlə üzləşmək istəmir».


Eldar Rəhimov dəstədaxili münasibətlərdən danışdı. Bildirdi ki, dəstə üzvlərinin hamısı Hacı Məmmədovdan qorxurdu: «Hacı kimin haqqında deyərdisə ki, səni öldürəcəyəm, deməli, həmin adamın işi bitdi. Biz gərək ondan qorxduğumuzu büruzə verməliydik. Əgər belə etməsəydik, təhlükəli ola bilərdi».


Təqsirləndirilən şəxs Eldar Rəhimov bildirdi ki, Hacı Məmmədova həm istintaq zamanı, həm də kamera şəraitində xüsusi münasibət göstərilir: «Kamerada onun qayğısına qalırlar. Azadlıqda heç kim qabağında dura bilmirdi, indi xəstələnib deyə, burada ona qulluq olunur».


Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən daha 26 nəfər adam oğurluğu və qətllər törətməkdə ittiham olunurlar.


XS
SM
MD
LG