Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

İlham Əliyev: «Artıq önümüzdə bütün üfüqlər açıqdır»


Foto: Arxiv
Foto: Arxiv

-

«Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, Cənub Qaz Dəhlizinin təməli qoyulur».

apa-nın məlumatına görə, bunu «Əsrin Müqaviləsi»nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində prezident İlham Əliyev deyib.

O bildirib ki, «Əsrin Müqaviləsi» 20 ildir icra edilir və böyük mənfəət gətirib. O qeyd edib ki, BTC Xəzər dənizi ilə Aralıq dənizini birləşdirib və bu, tarixi nailiyyətdir.

Prezident 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini də tarixi hadisə sayıb:

«Azərbaycan dünyada qaz ixracı üzrə yeni dövlət kimi tanınmağa başladı. Bundan sonra biz bir neçə variant üzrə işləyirdik. 2012-ci ildə Transanadolu Qaz Kəmərinin (TANAP) tikintisi üzrə razılıq əldə edilib. Bundan sonra TANAP marşrutunun seçilməsi də tarixi hadisədir. Keçən il qazın ixracı ilə bağlı müqavilələr imzalanıb. Artıq önümüzdə bütün üfüqlər açıqdır. Biz birlikdə Cənub Qaz Dəhlizinin tikilməsini təmin etməliyik. Bu gün görülən işlər əvvəllər görülən işlərin təməlidir».

«BU LAYİHƏ AZƏRBAYCAN İQTİSADİYYATINA ƏLAVƏ DİVİDENTLƏR GƏTİRƏCƏK»

Layihənin Azərbaycan iqtisadiyyatına əlavə dividentlər gətirəcəyini söyləyən prezident bəyan edib ki, son illər Azərbaycanın büdcə xərcləri 20 dəfə artıb, işsizlik 5 faizdən aşağı düşüb. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 38-ci yerdədir. Onun dediyinə görə, TANAP layihəsində Azərbaycan əsas səhmdardır və maliyyə yükünü üzərinə götürəcək:

««Şahdəniz», TANAP və TAP-da Azərbaycan öz payını özü maliyyələşdirir. Bu layihənin icrasında uduzan tərəf olmayacaq. Bu layihə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir və bu gündən sonra bu rol daha da artacaq».

«NEFT-QAZ SAHƏSİNDƏ YENİ BEYNƏLXALQ KOMANDA FORMALAŞIR»

İlham Əliyev Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2.5 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatlarının isə 4 trilyon kubmetr olduğunu vurğulayıb:

«Enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminəm. Bu günə qədər neft-qaz layihələrində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bu gündən daha geniş əməkdaşlığa başlayırıq. İtaliya, Yunanıstan, Bolqarıstan, gələcəkdə Çernoqoriya və digər ölkələr bu layihəyə qoşula bilər. Neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, komandamız qələbə qazanacaq. Yolumuz açıq olsun».

XS
SM
MD
LG