Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:23

Putin Poroshenko-ya xəbərdarlıq edir


Vladimir Putin, Petro Poroshenko
Vladimir Putin, Petro Poroshenko

Moskva Kiyevi hədələyir ki, Avropa Birliyi ilə ticarət razılaşması həyata keçirilsə, Ukraynanı bazarına buraxmaya bilər. Bu barədə Reuters Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Petro Poroshenko-ya məktubuna istinadla xəbər verir.

Agentliyin jurnalistləri Putinin 17 sentyabr tarixli məktubunu görüblər və ondan sitat gətirirlər.

Məktubda faktiki hədələr var ki, Kiyev AB ilə assosiasiya sazişini sürətləndirsə, Rusiya bazarı Ukrayna mallarının üzünə bağlana bilər. Putin yazıb ki, hətta yerli qanunvericiliyin həmin sazişə hazırlıq məqsədilə dəyişdirilməsi Moskvanın dərhal reaksiyasına səbəb olacaq.

“Yalnız Assosiasiya Sazişinə sistematik korrektələr, Rusiya-Ukrayna iqtisadi münasibətlərinin bütün spektrlərinin nəzərə alınması Rusiya-Ukrayna arasındakı hazırkı ticarət-iqtisadi əməkdaşlığı saxlamağa imkan verəcək,” Putin yazıb.

Ukrayna Rusiyaya polad məhsulları, kömür, kimyəvi preparatlar, taxıl ixrac edir. Tariflərin artırılması ildə 3 milyard avronun itirilməsinə gətirib çıxara bilər.

Rusiya prezidentinin mətbuat katibi belə bir məktubun olması nə təsdiq, nə təkzib edib.

Sentyabrın 17-də Ukrayna Nazirlər kabineti AB ilə Assosiasiya Sazişinin həyata keçirilməsi üçün tədbirlər planını təsdiqləyib.

XS
SM
MD
LG