Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:47

«Azərbaycanın MHŞT-dən çıxarılması məsələsinin əsası yoxdur»


Xəzər
Xəzər

-
“Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxarılması məsələsi bir sıra MHŞT-yə aidiyyatı olmayan beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülür və bu məsələnin heç bir əsası yoxdur”. Dövlət Neft Fondunun AzadlıqRadiosunun sorğusuna cavabında belə deyilir.

Jonas Moberg
Jonas Moberg

Bu günlərdə Financial Times qəzeti Azərbaycanın bu qrupdakı üzvlüyünün ləğv oluna biləcəyini yazıb. Müəllif Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin öyrənilməsi üçün qrupun Bakıya nümayəndə heyəti göndərdiyini qeyd edirdi. MHŞT-nin rəhbəri Jonas Moberg deyib ki, bu araşdırmanın nəticələrindən asılı olaraq Azərbaycanın qrupdakı üzvlüyü ləğv oluna bilər.

AzadlıqRadiosu həmin nümayəndə heyəti üzvlərindən açıqlama almağa cəhd etsə də, onlar danışmaq səlahiyyətində olmadıqlarını deyiblər.

SƏFƏRİN NƏTİCƏLƏRİNƏ DAİR HESABAT OLACAQ

Neft Fondu isə bildirir ki, sentyabrın 19-22-də MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndəsi Dyveke Rogan və müstəqil ekspert Michael Roberts-dən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Səfər MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sonuncu iclasında verilmiş qərara əsasən gerçəkləşib.

“Səfər zamanı Azərbaycanda MHŞT tərəfləri və digər aidiyyatı qurumların nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib. Görüşlər əsasında səfərin ümumi nəticələri haqqında hesabat Beynəlxalq Katiblik tərəfindən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təqdim ediləcək”.

Dövlət Neft Fondunun məlumatına görə, Azərbaycanda MHŞT Standartına tam keçidin təmin olunması üzrə işlər heç bir ciddi axsama olmadan davam etdirilir:

AZƏRBAYCAN İLK ÖLKƏ OLMAĞA ÇALIŞIR

“Ölkədə MHŞT tətbiqinin yeni tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə bir çox sənədlər hazırlanıb, tərəflər arasında Qarşılıqlı Anlaşma Memorandumu kimi mühüm sənədlər Standarta uyğunlaşdırılaraq yenilənib, müvafiq maarifləndirici tədbirlər keçirilib. 2013-cü il üzrə MHŞT hesabatı hal-hazırda Standartın bütün tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycan Standartın tələblərindən irəli gələn bütün öhdəliklərin tələb olunan səviyyədə və vaxtında icrasını davam etdirir. QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrupun iclasları mütəmadi olaraq keçirilir. Azərbaycan hər zaman olduğu kimi Şəffaflıq Təşəbbüsünün tətbiqində israrlıdır və yeni standarta uyğun hesabatlılığa keçiddə də ilk ölkə olmağa çalışır”.

Britaniyanın keçmiş baş naziri Tony Blair
Britaniyanın keçmiş baş naziri Tony Blair

MHŞT Britaniyanın keçmiş baş naziri Tony Blair-in təşəbbüsü ilə 10 il əvvəl yaradılıb. Məqsəd təbii ehtiyatların istehsalı ilə məşğul olan şirkətləri və təbii sərvətlərlə zəngin ölkələrin hökumətlərini şəffaflığın artırılması və korrupsiyaya qarşı daha səmərəli mübarizə məqsədilə bir araya gətirməkdir.

Financial Times yazırdı ki, MHŞT -nin Azərbaycanda aparacağı təhqiqat həm də təşkilatın insan haqları məsələsinə münasibətinin sınağı olmalıdır.

XS
SM
MD
LG