Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:51

Müsavat Partiyasının yeni başqanı Arif Hacılıdır [Video]


Müsavat Partiyası yeni başqanını seçdi
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

-

O, partiyanın sentyabrın 27-də Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında keçirilən 8-ci qurultayında başqan seçilib.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

Bağışlayın, hazırda bu bölmə işləmir.

ARİF HACILI KİMDİR

Arif Hacılı 1962-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Əl-ələ!
Əl-ələ!

Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub.

Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə olub.

ARİF HACILI - 228 SƏS

Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb.

Səsvermədə 450 nəfər iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb, 1 bülleten yoxa çıxıb. Yerdə qalan 447 nəfərdən 228-i Arif Hacılıya səs verib.

Qubad İbadoğlu 200 səs toplayıb, qalan səsləri Tural Abbaslı qazanıb.

Arif Hacılı - 228 səs

Qubad İbadoğlu - 200 səs

Tural Abbaslı - 19 səs

Arif Hacılı
Arif Hacılı

SƏSVERMƏ BİTDİ

Səsvermə saat 7-də yekunlaşıb.

Medianın və müşahidəçilərin iştirakı ilə səslərin sayılmasına başlanıb.

SƏSVERMƏ BAŞLADI

Müsavat Partiyasının VIII qurultayında başqanlıq seçkisi başlayıb. Səsvermə saat 18.00-a qədər davam edəcək. Başqanlıq postuna artıq üç iddialı var: Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı.

ƏLİSOY GERİ ÇƏKİLDİ

Namizədlərdən Arif Hacılı Müsavatdakı və siyasətdəki fəaliyyətindən danışıb, heç bir halda öz əqidəsindən, mövqeyindən dönməyəcəyini vurğulayıb. Bildirib ki, İsa Qəmbər prezident olanadək sonacan mübarizəyə davam edəcək.

Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb. O, öz tərəfdarlarını Q.İbadoğluna səs verməyə çağırıb.

Əlisoy çıxışında icazəsiz mitinqlərdən də danışıb. Bildirib ki, mitinqə o vaxt getmək olar ki, arxanca 30-40 min adamın gələcəyindən əmin olasan:

İsa Qəmbər və başqanlığa namizədlər
İsa Qəmbər və başqanlığa namizədlər

«Mitinqlərə, icazəsiz aksiyalara birinci dəfə 500 nəfər qatılırsa, ikinci dəfə onların sayı 200 nəfərə düşür».

Səxavət Əlisoy Müsavat Partiyasında komissiyalardan da danışıb. Bildirib ki, onların ancaq adı var, hansısa fəaliyyətləri yoxdur.

Tural Abbaslı yeni simalara ehtiyac olduğunu qabardıb:

«İsa Qəmbər deyəndə Arif Hacılı, Arif Hacılı deyəndə İsa Qəmbər yada düşür. Arif Hacılı yeni başqan olacaqsa, onda İsa Qəmbər elə başqan olaraq qalardı».

Tural Abbaslı bildirib ki, demokratik yolla keçirilən seçkilərin istənilən nəticəsinə hazırdır:

«Əliyev hakimiyyətinə məsləhət görərdim ki, azad, ədalətli və demokratik seçkilərin texnologiyasını Müsavat Partiyasından öyrənsin».

İSA QƏMBƏR-2018

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli milli-azadlıq hərəkatına qatılanların Elçibəydən sonra İsa Qəmbəri lider görmələrinə diqqət çəkib.

O, qurultayda İsa Qəmbərin hesabat məruzəsi ilə bağlı qətnamə qəbulunu təklif edib. Öncədən hazırlanmış qətnaməni tribunadan səsləndirən Məclis sədri 2018-ci il prezident seçkilərində partiya tərəfindən İsa Qəmbərin namizədliyinin indidən təsdiqlənməsini istəyib. Qurultay iştirakçıları bu təklifi bəyənərək, qəbul ediblər.

MÜSAVAT ÜÇÜN YENİ BAŞLANĞIC

Qurultayda partiyanın altıncı başqanı seçiləcək. Başqanlığa Qubad İbadoğlu, Səxavət Əlisoy, Arif Hacılı və Tural Abbaslı namizəddir. Başqan seçimləri üzrə səsvermə saat 3-dən 6-dək davam edəcək.

Başqanlığa namizədlərdən Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, bu qurultay Müsavat üçün yeni dönəmin başlanğıcıdır:

«Bugünkü qurultay Müsavatın yeni dönəminin başlanğıcı, Müsavatın daha da güclənməsi üçün bir vasitədir. Biz bir daha sübut etdik ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirən bir siyasi partiya - Müsavat Partiyası var».

Müsavat Partiyası 8-ci qurultayda yeni məclis üzvlərini də seçəcək. 80 yerlik məclis üzvlüyünə 150 nəfər namizədliyini verib.

İSA QƏMBƏR GEDİR

Azərbaycanın ən qədim partiyası Müsavat sentyabrın 27-də qurultay keçirir. Qurultayda partiyanın altıncı başqanı seçiləcək.

1911-ci ildə qurulmuş Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Beşinci başqan İsa Qəmbərin səlahiyyəti başa çatır.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub. İsa Qəmbər həmin gün partiya başqanı seçilib. Başqan seçilərkən 35 yaşı olan İsa Qəmbər o zamandan postunu əlində saxlayır.

İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

XS
SM
MD
LG