Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:42

Havel Sülh Mükafatı Anar Məmmədliyə verildi [Video]


Havel Sülh Mükafatı Anar Məmmədliyə verildi
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Havel Sülh Mükafatı Anar Məmmədliyə verildi

-

Sentybarın 29-da Vaslav Havel Sülh Mükafatının bu ilki qalibi hazırda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədliyə elan edilib.

Qərar sentyabrın 29-da Strasburqda AŞPA-nın payız sessiyasında elan olundu.

Oktyabrın 1-də isə Praqada “İnsan Haqları 25 İldən Sonra” adı altında beynəlxalq konfrans başlanır. KonfransHavel mükafatının qalibinin şərəfinə keçiriləcək.

2014-cü il Havel Sülh Mükafatına 3 namizəd var idi - Azərbaycandan Seçki Monitorinqi Mərkəzinin rəhbəri, hazırda həbsdə olan Anar Məmmədli, İsraildən İnsan Haqları İnformasiya Mərkəzi və Maltadan Yezuit Qaçqın Xidməti.

Bu ilki mükafata namizədlərin ümumi sayı isə 56 idi. Sonradan siyahıda cəmi 3 namiəzd saxlandı.

Havel Sülh Mükafatı 60 min avrodur.

Onu AŞPA, Praqa Havel Kitabxanası və Charta 77 Fondu birlikdə təsis edib

Anar Məmmədli vəzifədən sui-istifadə və başqa ittihamlarla 2013-cü ilin dekabrında 5,5 il həbsə məhkum olunub.

HƏMÇİNİN OXU:

Anar Məmmədli həbs olundu

"Biz siyasi diskriminasiyaya məruz qalmışıq"

Anar Məmmədliyə hökm oxundu

XS
SM
MD
LG