Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:48

Baş prokuror yazıçının qətlindən danışdı


Rafiq Tağı
Rafiq Tağı

-

Baş prokuror Zakir Qaralov yazıçı Rafiq Tağının qətli ilə bağlı açılan cinayət işinin üstünün açılmadığını deyib.

APA-nın məlumatına görə, baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, prokurorluq orqanları bağlı qalan bütün cinayət işləri üzrə tədbirləri davam etdirir:

“Çox təəssüf ki, bu cinayət işi hələ açılmayıb və bu, bizi narahat edir”.

Yazıçı publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə qayıdarkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri almışdı. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.

Cinayət işi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.

XS
SM
MD
LG