Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:07

Avropa Birliyi rəsmisi Azərbaycanda insan haqlarının vacibliyini vurğulayır


Avropa İttfaqının yeni xarici işlər naziri Federica Mogherini
Avropa İttfaqının yeni xarici işlər naziri Federica Mogherini

-

Azərbaycanın enerji əhəmiyyəti ilə bu ölkədə insan haqları məsələsinin birbaşa əlaqəsi var.

Bu fikri Avropa Birliyinin (İttifaqı) yeni Xarici siyasət rəhbəri Federica Mogherini səsləndirib. Oktyabrın 6-da, Avropa Parlamentindəki dinləmələr zamanı xanım Mogherini deyib:

"Bizim Azərbaycanda böyük enerji yatırımlarımız var və onlar da çox gözəl bilirlər ki, bizim enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində olduqca mühüm rol oynayırlar.

Məncə buna və məhz buna görə də bizə lazımdır ki, siyası fəallar və media ilə bağlı insan haqlarına hörmət edilməsinin əhəmiyyətini daha israrla vurğulayaq"

XS
SM
MD
LG