Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:49

Türkiyədə iğtişaşlarda azı 14 nəfər həlak olub


Kobani
Kobani

-

“DÜNYA ÇOX PEŞMAN OLACAQ”

Oktyabrın 7-də keçirilən etirazlarda minlərlə adam iştirak edib.

İD-in hücumundan sonra Kobanidən 180 min qaçqın Türkiyəyə sığınıb.

BMT-nin Suriyada üzrə təmsilçisi Kobani İD hücumuna təcili beynəlxalq reaksiya verməyə çağırır. Staffan de Mistura deyib ki, Kobani süqut edərsə, dünya “çox peşman olacaq”.

ABŞ koalisiyası İD-in Kobaniyə hücumunu əngəlləmək üçün daha çox hava zərbəsi endirib.

Suriya İnsan Hüquqları təşkilatının məlumatına görə, kürd döyüşçülər oktyabrın 7-də İD yaraqlılarını Kobaninin şərq ucqarlarından geri çəkilməyə məcbur edə biliblər.


***
Hürriyət qəzetinin verdiyi məlumata əsasən Diyarbəkirdə 8, Mardində 2, Şiirtdə 2, Batmanda 1 nəfər qruplar arasında çıxan qarşıdurmada ölüb. Muşda bir nəfər gözyaşardıcı qazdan dünyasını dəyişib.

***

Kobani, etirazçıların qarşıdurması
Kobani, etirazçıların qarşıdurması

Türkiyədə kürdlər hökumətin Suriyanın sərhəd Kobani şəhərinə yetərincə dəstək göstərmədiyini deyərək etiraza qalxıblar. İstanbul, Diyarbəkir, Ankara, Mersin və Adanada iğtişaşlarda azı 9 nəfərin ölməsi, onlarla adamın yaralanması barədə məlumatlar gəlir.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Mardində fövqəladə vəziyyət elan olunub.

ABŞ koalisiyası Kobaniyə İslam Dövləti (İD) yaraqlılarının hücumunu dəf etməyə çalışır. Ancaq Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, Kobani “süqut edə bilər”.

Suriyalıların qaçqın düşərgəsinə gələn Erdogan deyib ki, “biz quru əməliyyatına başlamasaq... terror bitməyəcək”.

XS
SM
MD
LG