Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:26

Mitinqdə İŞİD-çi izləri hara aparır? [Video]


İŞİD bayraqdarı mitinqdə saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

İŞİD bayraqdarı mitinqdə saxlandı

-

Gözlə

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid

Bir neçə nəfərin İŞİD bayrağı qaldırması Milli Şuranın 12 oktyabr aksiyasında ən diqqət çəkən məqamlardan oldu. Bu bayraqlar ayrı-ayrılıqda qaldırılsa da, tam başqa məramla etiraz aksiyasına qatılanların gözündən yayınmadı. Mitinq təşkilatçıları onları dərhal meydandan uzaqlaşdırıb, polisə təhvil verdilər.

Bunu “hakimiyyətin təxribatı” saydıqlarını da açıqladılar. AzadlıqRadiosunun əməkdaşları saxlanılan şəxslərdən birinin daha sonra buraxıldığını və ikinci dəfə meydana girdiyini görüntüləyiblər. Bu adam, kimliyi haqda sual verilsə də, israrla susmağı üstün tutub...

Vəkil Osman Kazımov facebook-da həmin şəxsi tanıdığını yazıb. O, AzadlıqRadiosuna da bu şəxsi məhkəmədə gördüyünü bildirib:

“...HAL ŞAHİDİ QİSMİNDƏ GÖRMÜŞƏM”

“Məhkəmədə çıxdığım işlərdən birində hal şahidi qismində görmüşəm. Sadəcə, həmin işi xatırlaya bilmirəm. İndi işlərə baxıram. Hal şahidləri polisin ştatdankənar əməkdaşlarıdır. Bir çoxu onlara xidmət edir, demək olar, 10-dan 9-u. Orda maraqlı olan nədir, – aksiya iştirakçılarından biri nəsə etsə, dərhal tutub polisə aparardılar, amma bu adamı tutub polisə verirlər, o da çıxıb gedir. İŞİD-in hansı cinayəti törətdiyi bütün dünyaya bəllidir. Amma Azərbaycan polisi onu sakitcə yola salır.

Ən azından saxlayıb araşdırma aparmalı idi. Bəlkə o adam doğrudan terrorçudur? Yəni gözləyirlər haranısa partlatsın, sonra həbs etsinlər? Bəlkə üzərində partladıcı qurğu vardı? Deməli, bu uydurmadır. Belə hərəkətsiz dayanmağın səbəbi odur ki, özləri təşkil ediblər”.

“ARİF, İŞİN YOXDUR ONUNLA. DƏYMƏ ONA”

Polis İŞİD bayraqdarlarından daha birini (“aznews.az” saytının yazdığına görə, adı Ramil Quliyevdir) apararkən, həmkarları onu saxlayır. Bu dəfə də AzadlıqRadiosunun kamerası belə bir görüntünü yaxalayır:

“Arif, işin yoxdur onunla. Dəymə ona”. Kadrlardan görünən budur ki, polis əməkdaşları onunla bağlı məlumatlıdırlar.

“TANIMADIĞIM BİRİ MƏNƏ BAYRAQ VERDİ VƏ DEDİ Kİ, BUNU DALĞALANDIR”

Ramil Quliyev olduğunu deyən həmin şəxs daha sonra “aznews.az”a mitinqə dostunun dəvəti ilə gəldiyini söyləyib:

“Dostum mənə dedi ki, şəhərdə icazəli mitinq var. Mən onunla birgə mitinqə qatıldım. Stadionda durub mitinqi izləyən zaman tanımadığım bir şəxs mənə bir bayraq verdi və dedi ki, bunu dalğalandır. Mən heç nə başa düşmədim və bayrağı açanda, üstümə hücum çəkildiyini gördüm. Bir neçə nəfər məni stadiondan kənarlaşdırdı. Daha sonra ərazidə olan polislər məni Yasamal Rayon Polis İdarəsinə apardılar. Polislərə şəxsiyyət vəsiqəmi təqdim etdikdən sonra məni bölmədən buraxdılar”.

“BİLİRDİM, BUNU SORUŞACAQSINIZ...”

Bəs İŞİD bayrağını Milli Şuranın aksiyasında qaldıranlar kimlərdir? Onlar həqiqətən bu təşkilatla bağlıdırlar, yoxsa mitinq təşkilatçılarının söylədikləri kimi, təxribatçılardır? AzadlıqRadiosu günboyu bu suala cavab tapmağa çalışdı.

Daxili İşlər Nazirliyindən bildirdilər ki, saxlananlar Yasamal rayon Polis İdarəsinə aparılıb, bu haqda onlar məlumatlıdırlar. İdarədən onu da dedilər ki, bu haqda ancaq nazirlik danışa bilər. Nazirliyin mətbuat xidmətindən Ehsan Zahidovsa bizə – “bilirdim ki, bunu soruşacaqsınız, Bakı Baş Polis İdarəsi ilə əlaqə saxlayın” – dedi. Oradansa günortadan sonra məlumat verəcəklərini söylədilər. Deyilən vaxt çatandan sonra nə mətbuat xidmətindən soraq çıxdı, nə də oradakı telefonların dəstəyini qaldıran tapıldı.

XS
SM
MD
LG