Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:01

2015-ci ildə 19 milyard gəlir proqnozlaşdırılır


Arxiv foto
Arxiv foto

-

Maliyyə Nazirliyi 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri təqdim edib. Gələn ilin büdcə gəlirləri 19 milyard 438 milyon, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılır. Bu hesabla gələn ilin büdcəsində 1 milyard 662 milyon manatlıq kəsir yaranır.

Büdcə gəlirinin yarıdan çoxu -10 milyard 388 milyon manatı Neft Fondundan daxil olmadır. Büdcə gələrlərinin 7 milyard 112 milyon Vergilər Nazirliyi, 1 milyard 590 milyon Gömrük Komitəsi, 300 milyon büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, 7 milyon dövlət əmlakının icarəyə verilməsi üzrə proqnozlaşdırlır.

Büdcə gəlirləri
Büdcə gəlirləri

Gəlirlərin 65,3 faizi neft sektoru, 34,7 faizi qeyri-neft sektoru üzrə gözlənilir.

2015-ci ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar ötən ilin proqnozu ilə müqayisədə 8,1 faiz daha çoxdur.

Büdcədə müdafiə xərcləri ötən illə müqayəsidə 8,6 faiz daha çox – 1 milyard 778 milyon manat nəzərdə tutulub. Büdcə xərcləri arasında yanacaq və enerji xərcləri azı 2 dəfə daha çox- 7 milyon 600 min manata, sənaye və tikinti xərcləri 10,7 faiz artırılaraq 6 milyard 951 milyon manata, səhiyyə xərcləri 7,2 faiz artırılaraq 777 milyon manata çatdırılıb. Ümumilikdə büdcədə bir çox sahələr üzrə xərclər artırılsa da elm, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, eləcə də sosial müdafiə və sosial təminat xərcləri 2014-cü illə müqayisədə azaldılıb.

XS
SM
MD
LG