Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:21

“Bakı folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb


“Bakı folklor örnəkləri” kitabının I cildi
“Bakı folklor örnəkləri” kitabının I cildi

-

AMEA Folklor İnstitutu tərəfindən “Bakı folklor örnəkləri” kitabının I cildi çapdan çıxıb.

AMEA-nın verdiyi məlumata görə I cildin əsas qaynaqları Bakıdan toplanmış və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor nümunələri və etnoqrafik materiallardır.

Kitabdakı materiallar görkəmli aktyor Hüseynqulu Sarabskinin fondunda yer alır.

Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materilları, “Məktəb”, “Dəbistan”, “Rəhbər”, “Tuti”, “Azərbaycanı öyrənmə yolu” dərgilərində, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərində yer almış folklor örnəkləri də bu cildə daxil edilib.

Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr olunmuş yazılar da toplanıb.

Kitabda yer almış materialların bir hissəsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir.

Layihənin rəhbəri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Rza Xəlilov və Afaq Ramazanovadır.

XS
SM
MD
LG