Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:35

Lavrov: Kiyevlə separatçılar yaxın günlərdə sərhəd xəttini razılaşdıracaqlar


Rusiyanın xarici işlər naziri Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov

-

Ukraynanın şərqində separatçılarla Ukrayna ordusu arasında ayırıcı xətt yaxın günlərdə razılaşdırılacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov «İzvestiya» qəzetinə deyib.

Nazirin sözlərinə görə, bundan sonra hər iki tərəfin ağır hərbi texnikanı geri çəkməsi mümkün olacaq və bu da «durumun sabitləşməsi və insidentlərin azalmasında həlledici faktora çevriləcək».

Ukrayna hərbçiləri ilə separatçılar arasında atəşkəs elan olunandan tərəflər bir-birini onu pozmaqda ittiham edir. Sentyabrın 19-da Minskdə əldə olunmuş sazişdə tərəflər Donbassın statusu, özəlliklə təmas xəttini müəyyənləşdirməyə və onun 30 kilometrliyində təhlükəsizlik zonası yaratmağa razılaşıblar.

Bufer zonanın sərhədlərinin müəyyənləşdirilməsində ATƏT, Ukrayna və Rusiya təmsilçiləri iştirak edir. Rusiyanın ATƏT-də daimi təmsilçisi Andrey Kelin bildirib ki, 80-ə yaxın rusiyalı zabit Ukraynadadır və Donbassda atəş xəttindən ağır texnikanın geri çəkilməsinin xəritəsi üzərində işləyirlər.

XS
SM
MD
LG