Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:03

«Ramil Usubov şərəf və ləyaqətinə sığışdırırmı bu halları?»


Eldəniz Quliyev- Ziyalılar Birliyinin sədri,
Eldəniz Quliyev- Ziyalılar Birliyinin sədri,

-

«Özünə hörmət edən bir nazir, tutalım, Hacı Məmmədov olayından sonra istefa verib gedərdi. Bu hal polisin nüfuzu haqqında aydın təsəvvür yaratmırmı? Mən polisin nüfuzunu aşağılamaqda ittiham olunuram. Məgər bundan da aşağı nüfuz var?».

Bu sözləri Eldəniz Quliyev oktyabrın 29-da Nəsimi rayon Məhkəməsində son çıxışında səsləndirib.

Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevi xüsusi ittiham qaydasında daxili işlər naziri Ramil Usubov məhkəməyə verib. Nazir E.Quliyevin polisin şərəf, ləyaqətini təhqir etməkdə və böhtan atmada günahlandırır.

Eldəniz Quliyev məhkəmədə son çıxışında deyib:

«Ramil Usubov hansısa bir polisin şərəf və ləyaqətinə dəyən bir sözə görə bütün polislərin adından məsuliyyət daşıyırsa, onda cinayət başında yaxalanan, çirkab içində olan polislərin də məsuliyyətini daşıyırmı? Şərəf və ləyaqətinə sığışdırırmı bu halları?».

E.Quliyev çıxışında bir deyimdən də nümunə çəkib. Deyib ki, polisin dəyənəklə döyməsi hər zaman olub:

«Amma keçmişdə polisə dəyənəklə döyməyə icazə veriləndə deyilirdi ki, elə döyün ki, qoltuğunuzun altından «Quran» kitabı düşməsin. Yəni, demək istəyirdilər ki, vurun amma, vuranda Allahınızı unutmayın. Bunlarsa çoxdan allahlarını unudublar».

Dövlət İttihamçısı Eldəniz Quliyevə bir il həbs cəzası istəyib. Məhkəmə hökmünü oktyabrın 30-da elan edəcək.

XS
SM
MD
LG