Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:37

Conchita BMT-nin baş katibi ilə görüşdü


Conchita BMT-nin baş katibi ilə
Conchita BMT-nin baş katibi ilə

-

“Eurovision” mahnı müsabiqəsinin qalmaqallı qalibi, saqqallı homoseksual Conchita Wurst BMT-nin Vyana ofisində çıxış edib.

O, iki mahnı ifa edib.

Conchitanın ifasını BMT-nin baş katibi Ban Ki-moon da dinləyib. Baş katib Avstriyada rəsmi səfərdədir.

Ban Ki-moon deyib ki, müğənni ilə tanış olmaq istəyi onda “Eurovision”dan dərhal sonra yaranıb.

Xüsusən də müğənninin seksual ayrı-seçkiliyə qarşı mübarizə aparmasına görə.

Conchita Wurst-un şəxsiyyəti bir çox ölkələrdə, o cümlədən Azərbaycanda birmənalı qəbul edilmir.

Rusiya prezidenti Vladimir Putin Qərbi öz dekadent dəyərlərini başqa ölkələrə zorla həzm elətdirməyə çalışdığını demiş və Conchita-nın “etno-faşizm”i simvolizə etdiyini bildirmişdi.

Conchita isə müğənniliklə yanaşı həm də müxtəlif siyasi forumlarda iştirak edir, dünyanın homofobiya xəstəliyindən tamamilə qurtulmalı olduğunu deyir.

Conchita Wurst
Conchita Wurst

Qara rəngli hündürdaban ayaqqabı geymiş Conchita baş katibin əlini sıxıb, onunla zarafatlaşıb.

Ban Ki-moon deyib ki, o, BMT-nin homoseksual əməkdaşlarının özlərini tamhüquqlu hiss etmələri üçün əlindən gələni edir. Məsələn, bu il homoseksual cütlüklərin də ailələr üçün olan imtiyazlardan istifadə etməsinə şərait yaradıb.

​“BMT-də diskriminasiyaya yer yoxdur” – deyə baş katib vurğulayıb.

Tədbirdə iştirak edənlər Conchita ilə şəkil çəkdiriblər. Ondan avtoqraf alıblar.

Conchita öz çıxışında dünyanı tolerantlığa çağırıb:

“Sən o zaman hörmətli olursan ki, başqalarına hörmət edirsən”.

Bundan əvvəl müğənni Avropa Parlamentinin də önündə çıxış etmişdi.

Onun homofobiyaya qarşı mübarizəyə həsr edilən konserti parlamentin fasiləsi zamanı təşkil edilmişdi ki, deputatlar həm qəlyanaltı etsin, həm də onun ifasına qulaq asa bilsinlər.

XS
SM
MD
LG