Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:51

Steinar Gil: «Sakit diplomatiya» nəticə vermir [Video]


Steinar Gil: «Azərbaycan hakimiyyəti dərhal siyasi məhbusları azad etməlidir...»
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Steinar Gil: «Azərbaycan hakimiyyəti dərhal siyasi məhbusları azad etməlidir...»

-

2002-2006-cı illərdə Norveçin Azərbaycandakı səfiri olmuş Steinar Gil AzadlıqRadiosunun suallarını cavablandırır.

- Steinar Gil, hazırda harada işləyirsiniz?

- Təqaüdçüyəm. 2011-ci il yanvarın 31-də diplomatik fəaliyyətimə son qoyaraq, Vilnüsdə Norveç səfirliyi vəzifəsindən təqaüdə çıxdım.

- Bakını necə xatırlayırsınız?

- Xatirələrim xoşdur. Lakin həm də təəssüflənməli olursan ki, mən gedəndən bəri vəziyyət heç də yaxşılaşmayıb.

- Siz gedəndən bəri vəziyyəti sonsuz dairəyə bənzədənlər var. Yəni, hakimiyyəti qane etməyən şəxslər həbs olunur, sonra azad edilir, bir qədər keçir yeni həbslər dalğası gəlir...

- Təəssüf ki, mənzərə əsasən buna bənzəyir. Xüsusilə məyus olursan ki, insan haqları fəallarının sonuncu həbsləri məhz Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi dövründə baş verir.

- Azərbaycanın bu quruma sədrliyini tez-tez xatırladırlar. 6 ay əvvəl Avropada ümid edirdilər ki, bu fakt vəziyyəti yaxşılaşdırar. Lakin bunun əksi baş verdi. Sizcə, bu nə deməkdir - diplomatiya dalana dirənib?

- Çətin sualdır. «Sakit diplomatiya» adlandırılan siyasət nəticə vermir. Ona görə yaxşı olardı ki, Avropa Birliyi, Avropa Şurası və, ümumiyyətlə, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə daha təsirli tədbirlər haqda düşünsünlər.

- Lakin bəziləri hesab edir ki, Azərbaycandakı siyasi fəallar məhz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa görə təqiblərə məruz qalırlar. Məsələn, hətta kiməsə beynəlxalq mükafat verəndə, hakimiyyət həmin şəxslərə qarşı daha aqressiv olur...

- Mən bu fikirlə razılaşmıram. Belə mükafatlar Azərbaycan kimi dövlətlərə diqqəti artırır. İnsan haqları uğrunda çalışan şəxslərin, təşkilatların və beynəlxalq ictimaiyyətin belə rejimlərə diqqətinin böyük əhəmiyyəti var.

- Azərbaycanda insan haqları dəyərləri uğrunda hələ də çarpışan adamlara müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz?

- Onların işinə dərin heyranlığımı və hörmətimi bildirərdim. Bu qorxmaz insanların nə dərəcədə ağır mübarizə apardıqlarını bilirəm və hesab edirəm ki, onlara hər cür yardım edilməlidir.

- Bəs Azərbaycan hakimiyyətinə sözünüz nə olardı?

- Azərbaycan hakimiyyətinə isə deyərdim ki, dərhal bütün siyasi məhbusları azad etsin!

XS
SM
MD
LG