Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:26

Siyavuş Novruzov Avropa Şurası komissarını cinayətdə suçladı


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

«Kimsə qeyri-hökumət təşkilatının rəhbəri, hüquq müdafiəçisi, jurnalist və ya siyasi partiya nümayəndəsi ola bilər. Amma bu, onları məsuliyyətdən azad edə bilməz. Peşəsindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Lakin beynəlxalq təşkilatlar çalışırlar ki, onlardan maliyyə alan, həmin maliyyəni məqsədli şəkildə başqa istiqamətlərə yönəldən insanları müdafiə etsinlər».

Deputat Siyavuş Novruzov Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muižnieks-in Azərbaycanda insan haqlarının durumu haqda fikirlərini şərh edərkən belə deyib.

O, Trend-ə açıqlamasında bildirib ki, həmin insanlar hüquq müdafiəsi adı altında pərdələnərək külli miqdarda vergidən yayınır, yeyintiyə yol verirlər. Bir qrupu da kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olur:

«İndi gəlib bunlara azadlıq tələb edilməsi və yaxud da onların məsələsini insan hüquqlarının pozulması kimi ortaya qoymaq özü bir cinayətdir».

S.Novruzov qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanda olanda başqa söz deyirlər, ora gedib çatan kimi isə fikirlərin tamamilə dəyişirlər:

«Bu fikirlərin dəyişməsi təkcə onların özlərinin istəyindən irəli gəlmir. Əsasən, müxtəlif maraqlı qurumların təsiri nəticəsində öz fikirlərini dəyişirlər. Biz bunu seçkilər zamanı da gördük - Avropadan gələn deputatların böyük əksəriyyəti Azərbaycanda keçirilən seçkilərin azad, ədalətli və demokratik keçməsi barədə bəyanatlar verdilər. Lakin ora gedib çatan kimi erməni lobbisinin, müəyyən dairələrin təzyiqləri əsasında öz ədalətli mövqelərindən geri çəkildilər».

XS
SM
MD
LG