Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:47

Erdoğan: «Kişi-qadın bərabərliyi təbiətə ziddir» - Mətbuat icmalı


-

Erdogan deyir ki, qadınla kişi bərabər ola bilməz. Qadınla kişini kommunistlər bərabər etmək istəyirdi.

Vertolyotun vurulması Dağlıq Qarabağ münaqişəsində gəginliyin artması siqnalıdır.

WSJ qəzeti hesab edir ki, Obama təkcə Hageli yox, öz milli təhlükəsizlik komandasından çoxlarını çıxartmalıdır.

Dünya mediası bu gün nədən yazır?

Independent qəzeti yazır ki, Türkiyə prezidenti Erdogan qadınla kişi arasında bərabərliyin təbiətə zidd olduğunu bildirib. Erdogan bunu İstanbulda qadın haqlarına həsr olunan beynəlxalq sammitdə deyib.

Sammiti qadın haqları qrupları təşkil etmişdi və məqsəd gender bərabərsizliyinin bütün formalarını aradan qaldırmaq yollarını müzakirə etmək idi.

Buna görə də prezidentin sözləri qadın təşkilatlarını bərk narazı salıb.

Erdogan deyib:”Siz qadınla kişini bərabər edə bilməzsiniz. Bu, təbiətə ziddir.” Qəzet yazır ki, Erdogan bunları deyəndə zal qadınla dolu idi. Onlar arasında prezidentin qızı da var idi.

Erdogan izah edib ki, “Siz hamilə qadınıkişi üçün olan şəraitə sala bilməzsiniz”.

“Siz süd verən ananı kişiyə bərabər tuta bilməzsiniz. Siz kommunist rejimlər kimiqadını hər şeydə kişiyə bərabər edə bilməzsiniz. Bu, qadının incə təbiətinə ziddir”.

Erdogan deyib ki, İslama görə,qadının əsas rolu analıqdır.O, hədisdən misal gətirib ki, “cənnət anaların ayağı altındadır”. Erdogan sammit iştirakçılarına deyib ki, o, anasının ayağını öpürdü. O deyib:”Mən anama deyirdim ki, ayağını çəkmə, çünki cənnət burdadır. O bəzən ağlayırdı”.

Erdogan müxalifəti feminist ideyalara və hərəkətlərə görə pisləyib. Erdogan analıq konsepsiyasını qəbul etməyən feministləri ittiham edib.

Erdogan bərabərliyin yerinə ekvivalentlik təklif edir.

Erdoganın izahına görə, “bərabərlik - qurbanı zor gücünə zalıma çevirir və ya tərsinə. Qadınlar ekvivalent olmalıdır, bərabər yox.”

Erdogan ekvivalentlik anlayışını izah etmir, ancaq o, yəqin ki, bunu uyğunluq kimi başa düşür.

Erdogan bundan əvvəl də deyirdi ki, hər bir türk qadının 3 uşağı olmalıdır, o, aborthaqlarını da məhdudlaşdırmağı təklif edirdi. Onun bu fikirləri qadınların narazılığını doğurmuşdiu.

İstanbuldakı sammitin adı Qadın və Ədalət sammitidir. Onu Qadınlar və Demokratiya Assosiasiyası təşkil edib. İki günlük sammitdə BMT-nin Qadınların işi üzrə regional direktoru, qlobal insan haqları fəalları, iş adamları, jurnalistlər iştirak edir.

İndependent yazır ki, deyilənə görə, Türkiyənin ailə və social siyasət naziri Aysenur İslam çıxış edərkən sual vermək istəyən bir nəfəritəhlükəsizlik xidməti zaldan çıxarıb və onun ağzını yumub.

MÜNAQİŞƏNİN QIZIŞMASI ƏLAMƏTİ

New York Times qəzeti Dağlıq Qarabağda erməni qüvvələrinin vertolyotunun vurulmasını 25 ildən çoxdur ki. davam edən münaqişənin qızışması əlaməti hesab edir.

Qəzet onu da yazır ki,bu vertolyotun vurulması ilə bağlı hər bir epizod tərəflər arasında mübahisə doğurur. Hər tərəfin öz izahı var.

OPEK NEFT İSTEHSALINI AZALDACAQMI?

BBC yazır ki, neftin qiymətinin 30 faiz düşməyindən Rusiya ildə 100 milyard dollar itirəcək. Bunu maliyyə naziri Siluanov deyir. OPEC üzvləri neftin qiymətini sabitsaxlamaq üçün istehsalı azalda bilərlər. İran, Liviya, Venesuela istehsalı azaltmağa tərəfdardırlar və OPEK üzvlərini neft qiymətlərini dəstəkləməyə çağırırlar. Küveyt isə bildirir ki,istehsalı azaltmaq qərarı ağlabatan deyil.

OPEC-in ən böyük istehsalçısı və ixracatçısı Səudiyyə Ərəbistanı da qarışıq siqnallar göndərir. Neft ekspertləri hesab edirlər ki,Səudiyyə Ərəbistanının qərarına Vyanada İranla nüvə proqramı danışıqlarının nə nəticə verməsi təsir göstərir. Ancaq İranla bu danışqlar nəticəsiz bitdi və danışqlar gələn ilin yayına kimi uzadıldı. Rusiyanın enerji naziri Novak deyib ki, Rusiya da istehsalı azaltmağa tərəfdardır. Ancaq bu, başqa ölkələrlə razılaşdırılmalıdır.

RUSİYA İTİSADİ İMPERİYA QURMAQ İSTƏYİR, ANCAQ GÜCÜ VARMI?

Forbes jurnalı yazır ki, Rusiya imperiyanı bərpa etmək istəyir. Bunu ABŞ-ın məşhur iqtisadçısı Nouriel Roubini bildirib. Roubini hesab edir ki, Putin Avropa Birliyinin rəqibi olaniqtisadi imperiya yaratmaq istəyir. Bu imperiyanın Çinə ehtiyacı var.

Ancaq Roubini əmin deyil ki, Rusiya hətta Belarusu öz ardınca aparmaq qabiliyyətindədir.

Roubini yazır ki,Putinin qətilikdən başqa elə bir imkanı yoxdur.

HAGEL NİYƏ GETDİ?

Washington Post qəzeti yazır ki, Obama növbəti müdafiə nazirini seçəndə sayıq olmalıdır. Qəzet hesab edir ki, müdafiə naziri vəzifəsindən istefa vermiş Hagel Pentaqonda heç də zəif lider deyildi. Ancaq qəzet yazır ki, Hagel Obamanın İslam Dövləti yaraqlıları ilə mübarizəyə yanaşması haqda həssas suallar verəndən sonra istefa verdi.

TƏK HAGELLƏ İŞ BİTMİR

Wall Street Journal qəzeti yazır ki, “Hagel Pentaqona başçılıq etməkdə bizim sevimli namizədimiz deyildi”. Ancaq onun istefası daha çox, onun qurban verilməsinə oxşayır. Və bu işdən çıxartma yeganə olmamalıdır. Qəzet yazır ki,Obama prezidentliyinin qalan iki ilinə yeni start vermək istəyirsə, onda özünün Ağ evdəki milli təhlükəsizlik komandasından çoxlarını işdən çıxartmalıdır.

Qəzet onu da yazır ki,hazırda müdafiə naziri vəzifəsinəkimin təyin olunacağının əhəmiyyəti yoxdur. Prezident hərbi məsələlərdə artan nizamsızlığı əvvəlcə etiraf etməlidir,öz götürdüyü kursa yenidən baxmalıdır.

XS
SM
MD
LG