Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

AzadlıqRadiosu-na təzyiqlərin qısa xronikası [tez-tez yenilənir]


AzadliqRadiosunun müxbiri qoçu dəstəsinin hücumuna məruz qalıb
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

AzadliqRadiosu-nun müxbiri qoçu dəstəsinin hücumuna məruz qalıb

Radionun jurnalistləri daim polis və xüsusi xidmət orqanlarında çalışanların, müxtəlif mülkigeyimli şəxslərin təzyiq və hücumlarına məruz qalırlar:

Dekabrın 29-da AzadlıqRadiosunun əməkdaşlarının prokurorluğa çağırılması, dindirilməsi davam edib. Həmin gün “İnterfaks-Azərbaycan” agentliyi istintaqa yaxın mənbələrə istinadla AzadlıqRadiosuna qarşı “çirkli pulların yuyulması” ittihamı irəli sürüldüyünü yazıb. Radio ittihamları rədd edir, Azərbaycandakı fəaliyyətinin daim tam şəffaf olduğunu bildirir. Məlumatda adı çəkilən jurnalist Şahvələd Çobanoğlu da bildirir ki, onun AzadlıqRadiosu ilə əməkdaşlığında və “Fərqli Düşüncə” qəzetinin çapında hər hansı qanunsuz bir əməl yoxdur:

Dekabrın 28-i səhər saatlarında AzadlıqRadiosu-nun demək olar ki, bütün əməkdaşlarının evinə polis və mülki geyimlilər gəlib və jurnalistləri zorla polisə aparıblar. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular. Bundan əvvəl prokurorluq əməkdaşları Radionun Bakı bürosunda axtarış aparıb, avadanlıq və sənədləri aparıb, ofisi möhürləyib..

2014-cü il dekabrın 5-ində Xədicə İsmayıl həbs olunub. O, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırmaqda ittiham olunur. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb... Hazırda Xədicə İsmayıl həbsdədir...

Turxan Kərimovun saxlanması AzadlıqRadiosu əməkaşlarına təzyiqlərin ən intensiv dekabr, 2014-cü il vaxtına düşüb.

AzadliqRadiosu-nun əməkdaşı Səadət Akifqızı 2010-cu ildə – Gəncə dindarlarının aksiyasını işıqlandırarkən, polis təzyiqinə məruz qalıb və bir saata yaxın saxlanıb.

2012-ci ildə radionun əməkdaşı Xədicə İsmayılın gizli qeydə alınmış şəxsi görüntüləri hakimiyyətə yaxınlığı ilə tanınan televiziyalarda yayımlanıb. Bundan sonra ona və ailəsinə qarşı mənəvi və psixoloji təzyiqlər davam edib. Xədicə İsmayıl ötən il də aksiyada saxlanıb vəməhkəmə onunla bağlı inzibati cəza qərarı çıxarıb. Bir neçə ay öncə isə Xədicə İsmayıla böhtan maddəsi ilə cinayət işi açılıb. Bu işlə bağlı məhkəmə prosesi davam edir.

Radionun digər əməkdaşı Yafəz Əkrəmoğlunu xüsusi xidmət orqanı əməkdaşları 2011-ci ildə Naxçıvandan İrana deportasiya ediblər. Daha sonra Naxçıvan MTN əməkdaşlarının ona və ailəsinə davamlı təhdid və hədələri olub. Bir neçə dəfə şantajla üzləşən jurnalistin qanunsuz və gizli yazılmış səsyazısı hakimiyyətə yaxın televiziyalarda yayımlanıb. Yafəz Əkrəmoğlu 2013-cü ildə Türkiyədə Naxçıvan sakinlərinin silahlı hücumuna məruz qalıb.

Radionun bir başqa əməkdaşı Nüşabə Fətullayeva da müxtəlif zamanlarda keçirilən aksiyalarda polis və mülkigeyimlilərin təzyiqiylə üzləşib. Onun videokamerası bir neçə dəfə əlindən alınaraq sındırılıb.

2012-ci ildə radioya məxsus «Fərqli düşüncə» qəzetini yayarkən Rafiq MəmmədliÜlkər Akifqızını mülkigeyimli şəxslər saxlayıb. Jurnalistlərə təzyiq göstərəndən sonra onları polis şöbəsinə aparıblar. Şöbədə jurnalistləri bir neçə saat saxlayıb sərbəst buraxıblar.

Azadlıqradiosunun əməkdaşı İslam Şıxalizadə də bu il mayın 16-da Binəqədi rayonunda baş verən qarşıdurmanı çəkərkən, mülkigeyimlilərin hücumuna məruz qalıb. Həmin şəxslər jurnalistin kamerasını və mobil telefonunu alaraq, hadisə yerindən uzaqlaşıblar. Olay polis əməkdaşlarının gözü qarşısında baş versə də, onlar insidenti seyr etməklə kifayətləniblər.

Bütün bunlardan başqa radionun bu və ya digər əməkdaşları vaxtaşırı müxtəlif səbəblərlə respublika prokurorluğuna çağırılaraq dindiriliblər.

AzadlıqRadiosu öz əməkdaşlarına təzyiqlərlə bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Müraciətlərlə bağlı nəinki araşdırmalar aparılmayıb, bir çox hallarda Turxan Kərimovla baş hadisədəki kimi təzyiqlərin ünvanı elə hüquq mühafizə orqanlarının özüdür.

Baş verənlər Azərbaycanda qanunun aliliyi, hüquqi dövlət, demokratiyanın, söz azadlığının mövcud olması haqda hakim partiya və dövlət rəsmilərinin bəyanatları ilə ziddiyyət təşkil edir.

XS
SM
MD
LG