Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

1 dekabr – Ümumdünya AİDS-lə Mübarizə Günüdür


-

Dekabrın 1-də Ümumdünya AİDS-lə (QİÇS-lə) Mübarizə Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr 1988-ci ildə Ümumdünya AİDS-lə Mübarizə Gününü təsis edib. O tarixdən bəri hər il dekabrın 1-də bütün dünyada HİV/AİDS-ə dair maarifləndirmə işləri aparılır və pandemiyaya qarşı beynəlxalq həmrəylik nümayiş etdirilir.

2013-cü ildə Avropa və Mərkəzi Asiya boyunca 136 mindən çox yeni HİV halları qeydə alınıb. Bu barədə ÜST-nin Avropa üzrə Regional Ofisi məlumat yayıb. Məlumatda deyilir: «Son onillikdə Avropa Birliyi və Avropa İqtisadi Məkanı üzrə AİDS-ə yoluxma hallarında 48 faiz azalma olduğu halda, Şərqi Avropa və Mərkəzi Asiyada bu sindromla qeydə alınanların sayı üç dəfə artıb».

SIFIRA DOĞRU

Hər il Avropada HİV/AİDS-ə nəzarəti əks etdirən illik hesabat dərc olunur. Hesabatı ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Avropada Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) birgə hazırlayır.

Ən son məlumata görə, 2013-cü ildə, Avropa və Mərkəzi Asiyada 136 mindən çox yeni HİV halları qeydə alınıb. Bu, 2004-cü illə müqayisədə 80 faiz artım olduğunu göstərir. Həmin ildə 76 min yeni yoluxma qeydə alınmışdı. Haqqında məlumat verilmiş AİDS halları son onillikdə AB/AİM (Avropa Birliyi/Avropa İqtisadi Məkanı) üzrə 48 faiz azalma olduğunu göstərdiyi halda, Şərqi Avropa və Mərkəzi Asiyada (EECA) yeni qeydə alınmış AİDS-lilərin sayı üç dəfə artıb.

Avropanın HİV-ə cavabı epidemiya qarşı mübarizədə geri qalır: 2004-cü illə müqayisədə 80 faiz çox yeni İİV halları qeydə alınıb.

HƏDƏFƏ ÇATILMAYIB

ÜST-nin Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirir: «Avropa 2015-ci il hədəfinə – HİV/AİDS-in yayılmasını dayandırmaq və onu azaltmağa dair Minilliyin İnkişaf Məqsədinə çatmayıb. Zaman bitir və sağlamlığa törənən təhlükələrlə getdikcə daha çox üzləşməyimiz bizə HİV/AİDS-ə qarşı sayıqlığı azaltmamaq zərurətini xatırladır».

Risk qrupları üçün HİV-in profilaktikası, diaqnostikası, müalicə və qayğı üzrə yeni Ümumiləşdirilmış ÜST qaydaları 2014-cü ilin iyulunda nəşr edilib. Bu «Qaydalar»da yeni HİV infeksiyalarını azaltmaq və HİV-in müayinə, müalicə və qayğısından 5 risk qrupunun yararlanma imkanını artırmaq istiqamətində dövlətlərin atacağı addımlar açıqlanır.

Avropada AİDS-in bitirilməsi: Müayinə və müalicənin artırılması; Risk qruplarının cəlb edilməsi; Yeni infeksiyaların qarşısının alınması; Anadan dölə ötürülmənin aradan qaldırılması.

AZƏRBAYCANDA 82 UŞAQ HİV VİRUSUNA YOLUXUB

Azərbaycanda HİV virusuna yoluxan uşaqların sayı 82 nəfərdir. APA-nın xəbərinə görə, Respublika AİDS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova dekabrın 1-də keçirilən mətbuat konfransında bildirib ki, onlar virusa ana bətnində yoluxublar.

Onun sözlərinə görə, hamilə qadınların HİV müayinəsi hamiləlik zamanı vaxtında aparılmalıdır:

«Qadınların əksəriyyəti HİV müayinəsindən keçir. Amma hamiləlik dövründə doğuşayardım xidmətindən keçməyən hamilə qadınların uşaqlarında sonradan bu hallar qeydə alınır. HİV virusunun anadan uşağa ötürülmə ehtimalı 25-40 faiz arasındadır. Hamiləlik dövründə HİV virusu aşkar olunan qadına antiretrovirus-terapiya tətbiq olunarsa, virusun uşağa keçmə ehtimalı 1 faizə enər».

XS
SM
MD
LG