Prezidentin mətbuat katibi Dövlət departamentinin təmsilçisini qeyri-peşəkarlıqda ittiham edir
Azər Qasımov amerikalı həmkarı Jen Psakinin Xədicə İsmayıl haqda bəyanatlarını tənqid edir. APA-ya müsahibəsində deyir:
- ...bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirirəm.
Burada canlı bloq dayandırılır, Xədicə həbsinin növbəti günləriini izləmək üçün bura daxil ol
Xədicə İsmayıl: «Həbs olunmağım heç nəyi dəyişmir»
Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın Səbail rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxıb. Hakim Abid Abdinov şikayəti təmin etməyib. Xədicə İsmayılın vəkili Yalçın İmanov AzadlıqRadiosuna müsahibəsində məhkəmənin bu qərarını dəyərləndirib.
#Khadija 6-cı gündür ki, həbsdədir. 6-cı gündür ki, KORRUPSİYA kralları qisas sevinci yaşayırlar. http://t.co/DWSlyuUWfQ
— AzadliqRadiosu (@RadioAzadliq) 11.12.2014
#khadija General Xədicə İsmayılla Leyla Yunusu müqayisə etdi http://t.co/beSSR6WTPK http://t.co/l4lUwpGdzU
— AzadliqRadiosu (@RadioAzadliq) 12.12.2014