Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:27

Nə qədər pulun azdırsa, o qədər də prioritetin yüksəkdir


Məhəmməd Yunus, 22 aprel 2005
Məhəmməd Yunus, 22 aprel 2005

Norveçin Nobel Komitəsi qərara alıb ki, 2006-ci il üçün Nobel Sülh Mükafatı aşağıdan iqtisadi və sosial inkişafı yaratmaq cəhdlərinə görə, Məhəmməd Yunus və Grameen Bank arasında bərabər bölünsün.


Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklif olunması ağlasığmaz ideya kimi görünürdü. Lakin Məhəmməd Yunus bunu reallığa çevirdi. 30 il qabaq o, mikrokredit layihəsi üzərində işləməyə başladı. Onun bank fəlsəfəsi belə səslənirdi - nə qədər pulun azdırsa, o qədər də prioritetin yüksəkdir. İndi Nobel Komitəsi də bu rəydədir ki, Yunusun və onun bankının strategiyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adama yoxsulluqdan çıxmağa yardım edib.



«315 əhalinin böyük qrupları yoxsulluqdan xilas olmadan davamlı sülhə nail olmaq mümkün olmayacaq. Mikrokredit bunun bir yoludur. Aşağıdan inkişaf demokratiyanın və insan haqlarının inkişafına xidmət edir»
Yunus deyir ki, o, mikrokredit sözünü icad etməyib. O, kicik həcmli kreditlərin yoxsullara və ələlxüsus də qadınlara verilməsini özünün missiyası edib.


O, qadınların kreditorlar qarşısında ağır borc içində olduğundan şok olaraq 70-ci illərin ortalarında öz bankını təsis etmək qərarına gəlib. Onun bir qayda olaraq 100 dollarlıq kreditləri əsasən, qadın iş adamlarına verilir ki, onlar bankdan ssuda götürə bilsinlər.


Çoxları bu puldan onlara qazanc gətirəcək şeylərin, misal üçün pambıq və bambukun alınması üçün istifadə edirlər. Grameen Bank bildirir ki, borcu qaytara bilməyənlərin sayı çox azdır və bank gəlirlə işləməkdə davam edir.


Yunus bildirir ki, onun yaratdığı proqram Banqladeşdə qadınların səsvermədə və ya seçkidə iştirakını artırmışdır. Nobel Komitəsinin rəhbəri Ole Danbolt Mjoes Yunusun işinin insan haqları tərəfi barədə bunları deyir: «315 əhalinin böyük qrupları yoxsulluqdan xilas olmadan davamlı sülhə nail olmaq mümkün olmayacaq. Mikrokredit bunun bir yoludur. Aşağıdan inkişaf demokratiyanın və insan haqlarının inkişafına xidmət edir».


Nobel Sülh Mükafatına bu il 191 namizəd var idi. Yunus və onun bankının qələbəsi sürpriz kimi qiymətləndirilir. Mükafatın dəyəri 1 milyon 360 min dollardır.


Digər namizədlər arasında Çindəki Uyğur azlığının hüquqlarının müdafiəçisi Rəbiyə Kader və Finlyandıyanın keçmiş prezidenti, İndonzeyanın Açeh vilayətində sülh vasitəçiliyi etmiş Marti Ahtasarinin adını qeyd etmək olar.


Norveç radiosuna müsahibəsində Məhəmməd Yunus mükafata layiq ğörülməsindən çox məmnun olduğunu bildirib. Onun sözlərinə görə, bu mükafat yoxsulluqdan azad dünya arzusuna bir dəstəkdir.


XS
SM
MD
LG