Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

14 yaşlı yeniyetmə İD yaraqlılarından necə qaça bildi?-Mətbuat icmalı


14 yaşlı yeniyetmə intiharçı kəmərindən istifadə etməklə necə qaçıb?

İndiki dünyada Facebook da silahdır. Sosial şəbəkədə Ukrayna Ordusuna yığılan pullar.

Putinin ambisiyaları Avropada müharibəyə gətirə bilər. Qərb buna indidən reaksiya verməlidir, çünki gec-tez Moskvaya cavab verməli olacaq.

Qərb mediası bu gün nədən yazır?

Suriyalı yeniyetmə İslam Dövləti yaraqlılarının əlindən necə qaça bildiyini danışır. İndependent qəzeti yazır ki,14 yaşlı Usaid Barho qaçıb-qurtarmaq üçün intiharçı kəmərindən istifadə edib.

Onun sözlərinə görə, İD yaraqlıları onuinandırıblar ki,şiələr dinindən dönənlərdir, onları öldürmək lazımdır.

Bundan sonra Usaid uşaqlar dəstəsinə qoşulub, ancaq tezliklə buna peşman olub. Çünki ondan soruşulub ki,necə vuruşmaq istəyir: əlinə silah alıb döyüşmək istəyir yoxsa intiharçı olmaq istəyir?

Usaid başa düşüb ki, bu, ona verilmiş şansdır və əlini qaldırıb ki, intiharçı hücum etmək istəyir. Usaid fikirləşib ki,əgər döyüşçü olsa və döyüşdə təslim olmaq istəsə, onu əlində silah görüb, öldürə bilərlər. Ona görə qərara verib ki, intiharçı olmaq daha yaxşıdır.

Usaidi bir təhlükəsiz evdən digərinə ötürə-ötürə Bağdad yaxınlığına gətiriblər və bir gün ona intiharçı kəməri və partlatmağa hədəf veriblər: Bağdada yaxınlığında şiə məscidi.

Usaid həmin kəmərlə məscidin qapısına çatanda deyib ki, “mənim üstümdə intiharçı kəmər var, ancaq mən özümü partlatmaq istəmirəm”.

FACEBOOK DA SİLAHDIR

"Ukraynanın Facebook döyüşçüləri". ​ New York Times qəzeti yazır ki, Anna Sandalova Ukraynada əsil milli qəhrəmana çevrilib. O, “Ukrayna Ordusuna Yardım” təşkilatının yaradıcısıdır. Bu fond Facebookdan istifadə edərək pul yığır və bu pula Ukrayna ordusunun ehtiyacları üçün lazımi mallar alır. Bunlara gecə görmək üçün optik texnikadan tutmuş zirehli geyimə və ərzağa qədər hər şey daxildir.

Mart ayında yaradılan fond indiyə kimi Facebook vasitəsilə 1 milyon 300 min dollar məbləğində pul toplayıb.

Adamlar Fondun bank hesabınabank köçürmələri ilə pul verir. Sandalova aldığı malları özü şəxsən ŞərqiUkraynaya aparır.

Sandalova özü haqda tərif eşidəndə deyir ki, bu, onun gücü deyil, bu, sosial şəbəkənin gücüdür.

Bəs dövlətin orduya ayrıdığı pul hanı? Kiyev Post qəzeti yazır ki, 2014-cü ildə hərbiyə ÜDM-un 3,4 faizi ayrılıb, bu pulun böyük hissəsi məmurların cibinə gedib. Qəzet yazır ki, “hərbçilər də müharibə sənətinə yox, oğurlama sənətinə öyrədilir. Silahlar, uniformalar, hamısı satışa çıxarılır”. Qəzet yazır ki, xaricdən gələn və ya veriləcək milyardlarla yardımın çox hissəsi oğurlanacaq ya da israfçılıqla xərclənəcək.

Bunları qeyd edəndən sonra New York Times qəzeti yazır ki, beynəlxalq strategiya səhvdir. Ukraynanın vətəndaş cəmiyyəti dövlətin edə bilmədiyini edir. ABŞ və Avropa Birliyi ayrıca, daha böyük yardım xətti açmalıdır: dövlət bürokratiyasının yanından keçən bu yardım xətti vətəndaş cəmiyyətinə getməlidir.

İndiyə kimi olanların verdiyi dərs aydındır: separatçılara qalib gəlmək üçün təkcə hökuməti yox, Ukrayna xalqını maliyyələşdirmək lazımdır.

MÜHARİBƏ DƏ OLA BİLƏR

ABŞ-ın Xarici Siyasət Şurası adlı beyin mərkəzinin araşdırmaçısı Stephen Blank Washington Times qəzetində yazır ki, Putin aydın şəkildə təkcə Ukraynada yox, bütün Avropada dominant olmaq istəyini göstərir.

Krımın ilhaqı, Ukraynaın şərqində döyüşlər- bütün bunların hamısı bir strategiyanın tərkib hissəsidir. Müəllifin fikrincə, Putinin imperial ambisiyaları müharibəyə gətirə bilər, çünki, Ukrayna, Polşa kimi ölkələr buna müqavimət göstərəcək. Ona görə Qərb vaxtında Rusiyanın hərəkətlərinə reaksiya verməlidir.

Müəllifin fikrincə, Moskvanın aqressiyasına indiyə kimi verilən reaksiya zəif və ləng olub. Blank yazır ki, onsuz da gec-tez Qərb Moskvaya cavab verməlidir, ona görə bunu indi etmək daha yaxşıdır, nəinki sonra.

XS
SM
MD
LG