Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:00

Gümrüdə ermənilər ruslara və hakimiyyətə qarşı


Gümrüdə prokurorluq qarşısında qəzəbli kütlə
Gümrüdə prokurorluq qarşısında qəzəbli kütlə

Ermənistanın Gümrü şəhərində həftənin əvvəli öldürülən Avetisyan ailəsinin qətlində ittiham olunan rus əsgəri ilə bağlı gərginlik davam edir.

Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub. Vəziyyət hələ də gərgin olaraq qalır.

CİNAYƏTİN DETALLARI

Olayın özünə gəlincə. Yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. Körpni bir neçə dəfə əməliyyat eləslər də, hələ də vəziyyəti ağırdır.

Maraqlıdır ki, bu zaman qonşulardan heç biri atəş səsləri eşitməyiblər. Cəsədləri və yaralı uşağı səhər 10 radələrində qətlə yetirilən ev yiyəsinin bacısı aşkarlayıb.

Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Perçyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub.

Permyakovu 13 saatlıq axtarışlardan sonra Ermənistan-Türkiyə sərhədi yaxınlığında rus əsgələri həbs edib, hərbi bazaya gətiriblər və burada dindiriblər.

RƏSMİLƏR ƏHALİNİ SAKİTLİYƏ ÇAĞIRIB, AMMA...

Ermənistanın müdafiə naziri, prokurorluğu və digər rəsmilər, o cümlədən Rusiyanın bu ölkədəki səfiri təcili olaraq olayı siyasiləşdirməməyə çağırıb və cinayətkarın cəzalandırılacağını bildirib.

102-ci Bazanın komandiri – Aleksey Polyuxovic yerli əhaliyə başsağlığı verib və cinayətkarın ən ağır şəkildə cəzalandırılacağını bildirib.

GÜMRÜDƏ ŞAİYƏLƏR

Ancaq Gümrüdə olayı duyan yerli sakinlər təcili olraq əsgərin Ermənistana təhvil verilməsi üçün yürüşlər keçiriblər. AzadlıqRadiosunun Gümrüdə əldə elədiyi məlumatlara görə, şəhər sakinləri inanırlar ki, polis özü qəsdən rus əsgərini tutmayıb ki, onu Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri tutub bazaya gətirsinlər.

Hadisənin Motivi ilə bağlı hələlik yayılan versiyaya görə, əsgər qaçandan sonra şəhəri gəzibmiş və evə gizlənmək üçün girəndə orada kimlərinsə yaşadığından xəbərdar olmayıb və sonra da şahidləri aradan götürmək üçün onları öldürüb. Ancaq nə yerli əhali, nə də hadisəni xəbərləyən jurnalistlər bu versiyaya inanmır.

Üstəlik burada güman edirlər ki, hadisə bir yox, bir neçə nəfər tərəfindən törədilib və ya hansısa başqa şəkildə baş verib və indi Ermənistan rəhbərliyi Rusiya bazası və Moskvadan gələn nümayəndə heyıəti ilə birgə baş verənləri ört-basdır etməyə çalışır.

ANTİ-RUSİYA GƏRGİNLİYİ GÜCLƏNİR

Gümrüdə öncə Rusiya konsulluğu yumurta atəşinə tutulub, sonra prokurorluq binasına yürüş edilib, sonra da Rusiya hərbi bazasına yaxınlaşmağa cəhd ediblər. Silahlı polislər onları bazadan uzaqda saxlamaq üçün 4 kardon qurublar.

ƏHALİ NİYƏ QƏZƏBLƏNİB

Məsələni gərginləşdirən əsas məqam qətldə ittiham olunan şəxsin kim tərəfindən dindirilib-mühakimə olunmasıdır. Ermənistan prokurorluğu öncə hadisənin Ermənistan ərazisində baş verdiyini əsas gətirib Permyakovun özləri tərəfindən mühakimə olunacağını desə də, sonradan əsgərin Rusiya və Ermənistan arasındakı hərbi baza ilə bağlı sazişə görə, Rusiya tərəfindən mühakimə olunacağı bildirilib. Son olaraq Ermənistan rəsmiləri hadisəni araşdırmaq üçün Rusiya-Ermənistan Birgə İstintaq komitəsi qurulduğunu bəyan edib və yanvarın 15-də bu komitənin müstəntiqlərinin əsgəri dindirmək üçün bazaya girdiklərini bəyan edirlər.

"SANKİ AĞA QULU ALÇALDIB, MƏSƏLƏNİ ÖRT-BASDIR EDİR"

Ermənistanın hüquq-müdafiəçiləri və bəzi siyasi partiyaları isə əsgərin Rusiya hərbçilərinə təhvil verilməsi və ona qarşı Rusiya Cİnayət məcəlləsinin dezertirlik və qətl maddələri ilə ittiham irəli sürülməsini ölkənin suverenliyinin faktiki olaraq qurban verilməsi kimi qiymətləndirirlər. Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Zhanna Alexanian isə bildirib ki, baş verənlər Rusiyanın Ağa- Ermənistanın qul rolunda çıxış etdiyini və ağanın istəyinə uyğun məsələnin qulun alçaldılması ilə ört-bas edildiyi təəssüratı yaradır.

XS
SM
MD
LG