Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:47

Varlılar daha da varlanır, 1 faiz dünya sərvətinin yarısına sahibdir


Dünya əhalisinin 1 faizini təşkil edən varlıların sərvəti bu gedişlə qalan 99 faizindən çox olacaq.

Oxfamın Davosdakı Dünya İqtisadi Forumu öncəsi açıqladığı illik hesabatda belə deyilir.

Konkret rəmə gəlsək, Oxfam deyir ki, 2009-cu ildə varlılar dünya sərvətinin 44 faizinə sahib idilər, 2014-cü ildə 48 faizinə sahibdirlər, və 2016-cı ildə yarısından çoxuna sahib olacaqlar.

Başqa cür desək – hər bir yetkinlik yaşına çatan varlıya bu il 2.7 milyard dollar sərvət düşür.

48 % VARLILARIN + 46 % İMKANLILARIN, 6 % KASIBLARIN

Təbəqələşmə ilə bağlı hesabatda o da deyilir ki,

Dünyanın varlıların əlində olan qlobal sərvətini – 48 faizi çıxanda yerdə qalanına – 52 faizinə də yerdə qalan əhalinin 1/5-i olan imkanlılar nəzarət edir.

İmkansız deyə biləcəyimiz qalan 4/5, 80 faizi isə dünya sərvətinin ancaq 5.5 faizini aralarında bölüşür, adambaşına 3851 dollar düşür.

VARLI KASIB ARASINDA UÇURUM NİYƏ PİSDİR?

Oxfam İnternationalın İcraçı Direktoru Winnie Bnanyima deyir ki,

«Doğrudanmı biz 1 faizin qalan hər kəsdən çox sərvətə sahib olduğu dünyada yaşamaq istəyirik? Qlobar bərabərsizlik o qədər artıb və varlıyla kasıb arasında təbəqləşmə, uçurum o qədər böyüyüb ki, artıq dünyanın gündəminə düşməlidir”.

Hesabata görə, Dünyada bu gün hər 9 nəfərdən biri aclıq həddində yaşayır.

1 milyard insan isə günə 1 dollar 25 sentdən az qazanır.

Rothschild fondunun İcracı direktoru Lady Lynn Forester de Rothschildin sözlərinə görə, “ekstremal bərabərsizlik sadəcə mənəvi olaraq yanlış deyil. Bu, iqtisadi inkişafı ləngidir və özəl sektorun əsaslarını sarsıdır”.

DÜNYA 80 VARLININDIR?

Ötən il Oxfam Davos forumundan öncə bildirmişdi ki, dünyada 85 varlının sərvəti 3.5 milyard nəfərin sərvəti ilə eynidir. 2010-cu ildə 388 varlının bu qədər sərvəti var idi.

Bu gün isə Oxfam deyir ki, 80 varlı 3.5 milyard nəfərdən, dünya əhalisinin yarısından da çox varlıdır, yəni son 5 ildə nəğd varidatını 2 dəfə artırıblar.

XS
SM
MD
LG