Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:40

20 Yanvar qırğını şahidləri o məşum gecədən danışırlar


AzadlıqRadiosunun arxivindən. Yazı 2015-ci ildə hazırlanıb.

Gözlə

No media source currently available

0:00 0:04:22 0:00
Direct-ə keçid


Bakıda Sovet ordusunun öldürdüyü dinc sakinlər. 20 yanvar 1990
Bakıda Sovet ordusunun öldürdüyü dinc sakinlər. 20 yanvar 1990

25 İL ÖNCƏ 20 YANVAR ŞAHİDLƏRİN DİLİNDƏ...

“Gözümün önünə Bakı küçələrində tökülən qanlar, azadlığımız uğrunda şəhid olanların cəsədləri, cəmiyyətdəki mübarizə həvəsi gəlir. Nə bilim... 25 il öncə bu günü xatırlayanda gözümün önündə hər şey olduğu kimi canlanır”.

20 Yanvar 1990-cı il.. Bu tarix 25 ildir təqvimdə qara rəngədədir. Sovet hakimiyyəti yanvarın 19-dan 20-nə keçən gecə qoşunlarını Bakıya yeridib, qarşılarına çıxan dinc, köməksiz insanlara atəşə tutublar. Onlardan biri – Bakı sakini Mürsəl Əsgərov öz evində atəşə tutulub:

“Həmin vaxt evimə atılan güllə izləri hələ də qalır. 25 ildir ki, bu izlər evimdədir. Eviminin divarlarında, qapılarda açıq-aşkar bu izlər görünür. Onlardan biri də mənə dəymişdi. Ani olaraq elə güllə atmağa başlamışdılar ki, mən gizlənməyə belə imkan tapmamışdım, özümü döşəməyə atmışdım. Amma mən evimdə yaralandığımı sübut edə bilmədim”.

Əli yalın insanlar Sovet qoşunları ilə üz-üzə. 22 yanvar 1990
Əli yalın insanlar Sovet qoşunları ilə üz-üzə. 22 yanvar 1990

ƏLİ YALIN İNSANLAR ORDUNUN QARŞISINI KƏSMİŞDİ..

O zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya yeridələn 35 minlik ordu korpusu apardığı əməliyyat “Zərbə” adlanırdı. Həmin gün 132 nəfər öldürülüb, 600-dən çox adam yaralanmışdı.

Baş verənlər insanların gözünü qorxutmur, insanlar Azadlıq meydanına axışıb, SSRİ rəhbərliyinə qarşı etiraz mitinqləri başladır. Həmin günləri şahidiləri belə xatırlayır:

Bakı sakini Mürsəl Əsgərov sovet qoşunlarının Bakıya girməsi ərəfəsində baş verənləri xatırlayır:

- Qoşunlar əsasən Sumqayıt yolunda idi. Oradan Bakıya girməyə çalışırdılar. Bu vaxt əli yalın insanlar həmin ordunun qarşısında barrikadalar qururdular. Orduya şəhərə girməyə imkan verilmədi. Onlar arasında gənclər də vardı, yaşlıları da, uşaqları da... Amma elə bir ani qərar qəbul etdilər ki, hər kəsi bir anda qırıb şəhərə girdilər.

Bakıda 20 Yanvar qırğınına etiraz olaraq sakinlər Kommunist Partiyasına üzvlük vəsiqələrini yandırırlar
Bakıda 20 Yanvar qırğınına etiraz olaraq sakinlər Kommunist Partiyasına üzvlük vəsiqələrini yandırırlar

İmişli rayon sakini Vaqif Cabbarov isə qırğının ertəsi günü Bakıda dəfn mərasimində olub:

- Kommunist partiyasının biletlərindən imtina edirdik. Un kisələri ilə biletlər toplanmışdı insanlar biletləri meydanda yandırırdı. Həmin vaxtlar başımızın üstə qara vertolyotlar uçuşur, aşağıya kağızlar atırdılar. Həmin kağızlarda baş verənləri Xalq Cəhbəsinin üzərinə atılırdı.​

QURMAQ İSTƏDİYİMİZ DÖVLƏT BU DEYİLDİ...

Sovet qoşunlarının Bakıya yeridilməsinə əsas kimi 13-15 yanvarda milli zəmində baş vermiş münaqişələr səbəb göstərilirdi. Amma qoşunlar

Bakıda 20 Yanvar Qırğını qurbanlarının kütləvi dəfn mərasimi, 21 yanvar 1990
Bakıda 20 Yanvar Qırğını qurbanlarının kütləvi dəfn mərasimi, 21 yanvar 1990

​Bakıya gələnə kimi münaqişə çoxdan bitmişdi.Bakıda 20 Yanvar hadisələrindən sonra həbslər başlamışdı. Fevralın 1-də İmişli rayonuna da qoşun yetiridilmiş, ayın 2-də rayonun fəalları həbs olunmuşdu. Onlardan biri olan Arif Mirzəyev deyir ki, həbs olunandan sonra onu Bakıya – Şüvəlan təcridxanasına aparıblar. Arif Mirzəyev deyir ki, 20 Yanvar onun üçün həm Azərbaycanın milli matəm günü, həm də milli qürur günüdür:

- İnsanların içində bir alov vardı. Azadlıq! Bizim bir arzumuz vardı, müstəqil Azərbaycan dövlətini yenidən qurmaq. Çox şükürlər olsun ki, şəhidlərimizin qanı bahasına olsa da dövlətimizi qura bildik.

Amma qurmaq istədiyimiz dövləti belə görməyi arzulamırdıq. Biz demokartik, bərabər cəmiyyət istəyirdik. Mənfi və müsbətin birləşməsindən elektrik enerjisi alındığı kimi müxalifət və iqtidar nə qədər güclü olarsa bir o qədər də güclü cəmiyyət qurular.

68 CİLDLİK İSTİNTAQ MATERİALLARI MOSKVADA SAXLANIR...

Bakıya sovet qoşunları 5 istiqamətdən daxil olublar. İlk olaraq yanvarın 19-da axşam saat 10-da Binə-Qala marşurutu ilə şəhərə giriblər. Daha sonra müxtəlif vaxtlarda Salyan Kazarması, Qurd Qapısı, Sumqayıt “Nasosnı” və Xəzər dənizindəki sovet hərbi donanmasının gəmilərdindən Bakıya qoşun yeridilib.

20 yanvar faciəsi ilə bağlı Azərbaycanda aparılan istintaqa xitam verilməsə də, artıq neçə illərdir bu işdə yenilik yoxdur. Respublika Prokurorluğunun mətbuat xidməti bildirir ki, bu işlə bağlı 68 cildlik istintaq materialları Moskvada saxlanır. Həmin materialların qaytarılması və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edilsə də, hələ də Azərbaycanın sorğularına müsbət cavab verilməyib.

XS
SM
MD
LG