Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:34

Avtoritarlar üçün Avropaya daha bir dəhliz


Avropanın Bankwatch qeyri-hökumət təşkilatı Cənub Qaz Dəhlizini tənqid edən araşdırmasını açıqlayıb.

Praqada mənzillənmiş CEE Bankwatch qeyri-hökumət təşkilatı Cənub Qaz Dəhlizini tənqid edən araşdırmasını açıqlayıb.

Araşdırmanın gəldiyi başlıca nəticə bundan ibarətdir ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqını Rusiyanın qaz asılılığından azad etməyəcək, üstəlik Şərqi və Mərkəzi Avropa üçün bir sıra iqtisadi və ətraf mühit problemləri yaradacaq.

“Kəmər xülyaları”

“Kəmər xülyaları” adlanan araşdırmada deyilir ki, layihələşdirmə mərhələsində olan Cənub Qaz Dəhlizi kəməri Avropaya ildə 16 milyard kubmetr qaz nəql etməldir, halbuki bu, tamamilə lüzumsuz ola bilər.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı qaz idxalı üçün artıq indinin özündə kifayət qədər tutumu olan infrastruktura malikdir.

Bu da xatırladılır ki, Aİ-nin 2050-ci il üçün enerji yol xəritəsində 2050-ci ilədək Avropada qaza tələbatın azalacağı bildirilir.

Araşdırma müəllifləri bu qənaətdədirlər ki, belə bir şəraitdə Cənub Qaz Dəhlizi İttifaq üçün əlavə iqtisadi-mailiyyə yükünə çevrilə bilər.

Lukoil da Rusiya deyilmi?

Qeyd olunur ki, əslində, Avropanı etibarsız Rusiyanın qaz asılılığından xilas etməli olan Cənub Qaz Dəhlizi bu layihədə elə həmin Rusiyanın Lukoil şirkətinin iştirakını nəzərdə tutur.

Bu məqsədlə Rusiya şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankından Şahdəniz qaz yatağının inkişaf etdirilməsi üçün 950 milyon dollarlıq kreditin verilməsi nəzərdə tutulub.

Sənəddə deyilir ki, 2014-cü ildən bəri Lukoil başqa Rusiya şirkətləri ilə yanaşı Aİ-nin və ABŞ-ın sanksiyalarına məruz qalıb.

Araşdırma müəllifləri yazırlar ki, Avropa Yenidənqurma və İnkişaf Bankının daimi müştərisi olan Lukoil özünün yarıtmaz ətraf mühit reputasiyası və bərbad insan haqları tarixçəsi ilə tanınır. Bunlara misal olaraq Komidə torpaqların neft axıntısı nəticəsində sıradan çıxarılması göstərilir.

Bir avtoritardan başqa avtoritara

Bankwatch-un araşdırmasında deyilir ki, qaz dəhlizinin başqa bir xoşagəlməz cəhəti onun son aylarda insan haqlarını kobudcasına tapdalayan Azərbaycanı Avropanın qaz təchizatçısına çevirməsidir.

“Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya uzanan pozuntular dəhlizidir”, - deyib təşkilatın nümayəndəsivə araşdırmanın müəlliflərindən biri Pippa Gallop.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi kimi Cənub Qaz Dəhlizinin də inşası Türkiyə boyunca boyük bir zolağın militaristləşdirilməsinə səbəb olacaq.

“Bu, Avropanın enerji müstəqilliyinin təmin olunması deyil, asılılığın bir avtoritar rejimdən başqasına verilməsidir” – deyib Gallop.

XS
SM
MD
LG