Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:39

Naxçıvandan avtomobillərin çıxarılmasının səbəbi bəlli olur...


Naz Lifan avtomobili taksi xidmətində.
Naz Lifan avtomobili taksi xidmətində.

Naxçıvanda seriya nömrəsi Azərbaycanın digər regionlarına məxsus olan avtomobillərin bu dəfə də Culfa Gömrük Məntəqəsinə toplandığı deyilir. Rəsmilər Dövlət Yol Polisinə (DYP) məxsus cərimə duracaqları dolduqdan sonra bu qərara gəliblər. Bu haqda AzadlıqRadiosuna yerli sakinlər məlumat verirlər.

Bu ilin əvvəlindən Naxçıvanda nömrə nişanı yalnız 85-lə (bu, Naxçıvan avtomobillərinə verilən koddur) ilə başlayan avtomobillər qeydiyyatda saxlanır.

Avtomobil sahibləri AzadlıqRadiosuna bidirirlər ki, baş etibarnamə ilə idarə olunan bütün maşınların Naxçıvan Muxtar Respublika DYP-də qeydiyyatdan çıxarılması planlaşdırılır.

Naxçıvan sakinləri bildirirdilər ki, bununla bağlı DYP əməkdaşları reydlər keçirir, 85 kodu ilə başlamayn avtomobillər saxlanaraq cərimə duracaqlarına aparılır. Burada isə sahiblərindən 3 gün ərzində Naxçıvan ərazisindən çıxaracağı ilə bağlı iltizam alındıqdan sonra avtomobillər geri qaytarılır. Bu qaydanın buraxılışı 2010-cu ildən aşağı olan avtomobillərə tətbiq olunduğu bildirilirdi.

Avtomobil sahibləri deyir ki, artıq bir neçə gündür təkcə istehsal ili 2010-dan aşağı olan yox, 85-lə başlamayanyan bütün avtomobillərin Naxçıvandan çıxarılmasına qərar verilib. Onların sözlərinə görə, cərimə duracaqlarının dolmasına da bu qərar səbəb olub. Avtomobil sahibləri bildirir ki, yol polislər bu cür avtomobilləri saxlayıb cərimə duracağına yox, birbaşa Culfa Gömrük Məntəqəsinə aparırlar.

“GEDƏK HANSI ÖLKƏNİN BAYRAĞI İLƏ NÖMRƏ ALAQ Kİ...”

Təhlükəsizliyi baxımından Gülnar Babyeva şərti adı ilə təqdim etdiyimiz Naxçıvanın Culfa rayon sakini deyir ki, bir neçə ay öncə kreditlə Bakıdan seriyası 99-la başlayan avtomobil alıb. Naxçıvan sakininin sözlərinə görə, indi bu maşın onların başına bəla olub:

“85-lə başlamayan bütün maşınları yığışdırırlar ki, nazirin göstərişidir. Hansı nazirdir, demirlər. Avtomobili yolda tutub birbaşa gömrüyə sürdürüblər. Bildiriblər ki, bu maşını Naxçıvanda sürmək istəyirəmsə, iki ayda azı bir dəfə Bakıya aparıb gətirməliyəm. Deyiblər ki, istəyirsən indi keç gömrüyü, yaxud da nə vaxt istəsən gəl sənəd verək, sonra keç. Avtomobili İran ərazisindən Bakıya aparıb qaytarmaq 250-300 manat pul tələb edir. Pulumuz olsaydı niyə kreditə avtomobil götürürdük. Biz də 100 min manatlıq alıb sürərdik.

Gömrükdə də günlük dayanacaq pulu 5 manatdır. Hazırda gömrükdə 4 minə yaxın avtomobil yığıbalr. Gedirik yol polisi idarəsinə bizi qəbul etmirlər. Nömrə hansı seriya ilə başlayır başlasın. Nə dəxli var? Üzərində ki, Azərbaycanın bayrağı var. Naxçıvan Azərbaycan deyil bəyəm? Gedək hansı ökənin bayrağı olan nömrə alaq ki, həmin avtomobili Naxçıvanda sürə bilək”.

“MƏQSƏDLƏRİ ÖZ KEYFİYYƏTSİZ MAŞINLARINI CAMAATA SIRIMAQDIR”

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən daha bir sakin deyir ki, Naxçıvanda yayılan söz-söhbətlərə görə, avtomobillərə qadağa qoymaqda yüksək vəzifəli məmurlardan birinin biznes marağı var:

“Naxçıvanda “Naz-Lifan” avtomobilləri buraxılır. Deyilənə görə birinci şəxsin yaxın qohumlarınındı. Həmin avtomobillər keyfiyyətsizdir deyə, alan yoxdur. Bir vaxtlar zorla taksiçilərə satdılar həmin maşını. İndi istehsal zəifləyib. İstehsalı artırmaq üçün bu yolu seçiblər.

Naxçıvana yeni gətirilən avtomobillərin əksəriyyəti Bakıdan kreditlə alınanlardı. Buraxılışı 2010-cu ildən yuxarı olan avtomobillər də əsasən bu maşınlardır. Həmin maşınlara nömrə vermirlər və Naxçıvandan çıxarırlar ki, heç kim bir də Bakıdan kreditlə maşın almasın. Nağd almağa da imkan yoxdu. Belə olan halda məcbur olub bunların maşınlarını alacaqlar. Bütün oyun bunun başındadır”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən avtomobil sürücülərinin iddiaları ilə bağlı suallarımıza cavab qısa oldu:

“Naxçıvanda avtomobillərin qeydiyyat məsələsi qanunla tənzimlənir”.

“NAXÇIVAN XARİCİ ÖLKƏ YOX, AZƏRBAYCANIN TƏRKİB HİSSƏSİDİR”

Hüquqşünas Müzəffər Baxışov da bildirdi ki,avtomobilin qeydiyyatdan çıxarılması yalnız sahibinin yazılı müraciətindən sonra, onun razılığı ilə baş tuta bilər:

“Əgər belə bir şey varsa, bu, böyük qanunsuzluqdur. Yalnız xarici ölkədə qeydiyyatda duran avtomobilləri Azərbaycanda 2 aydan çox saxlamaq olmaz. Qanunvericiliyə görə, bu müddət bitdikdən sonra avtomobili həmin ölkəyə qaytarıb, yenidən Azərbaycana gətirib, idarə etmək olar. Yəni, iki ayda bir dəfə gömrükdə giriş-çıxış olmalıdır.

Naxçıvan isə xarici ölkə yox, Azərbaycanın tərkib hissəsidir. Qanuna görə, Azərbaycan ərazisində qeydiyyatda duran avtomobil ölkənin istənilən regionunda istismar oluna bilər. Yalnız texniki nasaz avtomobillərin istismarına müvəqqəti qadağa qoyula bilər”.

RƏSMİLƏR TƏKZİB EDİR...

Bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda (NAZ) “Lifan” markalı avtomobillər istehsal olunur. Naxçıvanda çoxları inanır ki, bu avtomobillərin məcburi satışını təmin etmək üçün yerli hakimiyyət müxtəlif belə inzibati vasitələrdən istifadə edir.

Bir müddət öncə Naxçıvanda taksi kimi yanlız “NAZ-Lifan” avtomobillərindən istifadə olunması barədə də göstəriş verilmişdi.

Naxçıvan rəsmiləri adətən avtomobil zavodunun yüksək vəzifəli məmurlardan birinə məxsus olması ilə bağlı deyilənləri təkzib edirlər. Onlar digər avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulmasını, əksinə, «NAZ Lifan»ın rahat və bu xidmətə yararlı olması ilə əsaslandırıırlar. Üstəlik, müəssisə rəhbərliyi də sürücülərin iradların böhtan adlandırır.

«NAZ Lifan» avtomobillərinin qiyməti markasından asılı olaraq 7-15 min manat arsınadadır.

XS
SM
MD
LG