Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:20

Britaniyada məscidləri qeyri-müsəlmanların üzünə açılır


Fevralın 1-dəki kampaniya çərçivəsində Finsbury Park Məscidi
Fevralın 1-dəki kampaniya çərçivəsində Finsbury Park Məscidi

Britaniyada fevralın 1-dən onlarla məscid qapılarını qeyri-müsəlman ziyarətçilərin də üzlərinə açıb.

Bu haqda qərarı Britaniya Müsəlmanları Şurası verib. Şuradan deyiblər ki, Parisdəki terror hücumlarından sonra bütün Avropada, xüsusən də Britaniyada bəzilərinin müsəlmanlarla bağlı yaratmağa çalışdığı radikal terrorçu obrazını dağıtmaq üçün belə addım atırlar. Britaniya Müsəlmanları Şurasının Baş katibinin müavini Miqdaad Versitin sözlərinə görə,

“Bizə çox ittihamlar yönəlir, məscidlərdə guya ki, hansısa başqa fəaliyyətlə məşğul olunması, beyinlərin yuyulması, radikallığın yayılması və sairə iddialarla bağlı. Və bütün bunlara aydınlıq gətirmək üçünVisit My Mosque- Məscidimi Ziyarət Etkampaniyasını təşkil edirik”.

MƏSCİDƏ GƏLƏNLƏRİ NƏ GÖZLƏYİR?

Versit deyib ki, ziyarətçilər məscidi gəzmək, buradakı ayinləri öz gözləri ilə izləmək şansı əldə edəcəklər. Onlara dualar və ayinlərin nə haqda olması izah olunacaq. Bundan başqa, müsəlmanları insan kimi tanımaq istəyirlərsə, çay və şirniyyat süfrəsi ətrafında görüşüb-söhbətləşə də bilərlər.

Britaniya Müsəlmanları Şurasının məscidləri açması qərarından sonra fevralın 1-də onlarla məsciddə ziyarətçilərə çay ziyafətləri verilib.

Tüitterdə #Visit My Mosque XƏBƏRLƏRİ

Ancaq Britaniyanın Channel 4 Xəbər kanalının aparıcısı Cathy Newman London məscidlərindən birinə getməyə çalışsa da, ilk məscidə buraxılmayıb. Özü twitterdə yazıb ki, "mən məscidə girmək üçün uyğun geyinsəm də, başımı örtüb, geyimimə fikir versəm də məni məscidə buraxmadılar".

Ancaq sonra Newman növbəti mesajlarında başqa bir məscidə getdiyini və burada xoş qarşılandığını deyib.

Britaniya Müsəlmanları Şurası iddia edir ki, ölkə üzrə 2 minə yaxın məscidin 60%-inə nəzarət edirlər.

XS
SM
MD
LG