Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

Türkiyə «Eurovision»a geri dönür


«Eurovision» bu il Avstriyada olacaq.
«Eurovision» bu il Avstriyada olacaq.

-

Üçillik aradan sonra TRT 2016-cı ildə «Eurovision» Mahnı Yarışmasına qatılmağa qərar verdi.

TRT səsvermə sistemindəki ədalətsizliyi əsas gətirərək 2013-cü ildən bəri «Eurovision»a qatılmırdı. Ancaq Avropa Yayımçılar Birliyi (EBU) ilə danışıqlar Türkiyənin həmin yarışmada iştirakına yaşıl işıq yandırıb. «Cumhuriyet» qəzetinin xəbərinə görə, bunda TRT-nin yeni rəhbəri Şenol Göka önəmli rol oynayıb. O, qəzetə müsahibəsində EBU ilə danışıqlarda qarşılıqlı razılığa gəldiklərini bildirib:

«Düzü, sadəcə, səsverməylə deyil, əxlaqisistemlə də bağlı bəzi problemlər vardı. Son illərdə bəyənmədiyimiz bəzi məsələlər önə çıxmağa başlamışdı. Bunlarla bağlı ortaq məxrəcə gəldik».

«EUROVISION»U FUTBOLA BƏNZƏTDİ

Avropada bir çox ölkənin EBU-nun fəaliyyətindən, ayrılan və qazanılan maliyyənin necə xərclənməsindən narazı qalmasına diqqət çəkən Göka daha sonra deyib:

«İtaliya, Rumıniya, Bolqarıstan kimi ölkələrin də tənqidləri vardı. Ancaq gerçəkləşdirilən görüşlərin ardından tələblərimiz yerinə yetiriləcək və yarışmaya qatılacağıq».

Göka sözlərinə onu da əlavə edib ki, «Eurovision»a qatılmaqla heç də məhz qalib gəlmək məqsədini qarşıya qoymurlar. O, üzləşdikləri durumu futbolla müqayisə edib:

«Matçlarda da hakimin səhvindən komandaların biri küsür, narazılığını dilə gətirir, amma sonra Avropa kuboku yarışlarına yenə qatılır. Burada da eyni durumdan söhbət gedir».

Türkiyə «Eurovision-2003»də Sertap Erener-in «Everyway That I Can» adlı mahnısıyla birincilik qazanmışdı.

XS
SM
MD
LG