Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Ekspert: «İlin sonunadək manat 10-15% ucuzlaşacaq»


Ekspert Natiq Cəfərli
Ekspert Natiq Cəfərli

-

“Ölkədə istehlak olunan ərzağın 55-60%-i xaricdən gətirilir. Manatın ucuzlaşması təbii ki, gətirilən məhsulun qiymətinə də təsir edəcək”.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun son açıqlamasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosuna belə deyib. Natiq Cəfərli ehtimal edir ki, manat ilin sonuna qədər 10-15 % ucuzlaşacaq:

“Hökumət, Mərkəzi Bank manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Görünür, addım-addım, yumşaq şəkildə məzənnənin dəyişilməsinə gedəcəklər və ilin sonuna qədər manat 10-15% civarında ucuzlaşacaq”.

“HÖKUMƏT MANATI KƏSKİN UCUZLAŞDIRMAĞI DÜŞÜNMÜR”

Elman Rüstəmov fevralın 17-də Dövlət Televiziyasındakı çıxışında ölkədə manatın kəskin ucuzlaşacağı ilə bağlı narahatçılığa bir əsas görmədiyini bildirib. Əlavə edib ki, inflyasiya birrəqəmli qalacaq, ərzaq məhsullarında bahalaşmaya iqtisadi əsası yoxdur:

“Təbii ki, kəskin devalvasiya iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) xeyrinə deyil. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olaraq deyirəm ki, bu addım barədə heç düşünülmür. Bizim əsas məqsədimiz ölkədə iqtisadi artımı stimullaşdırıb, ölkə başçısının dediyi kimi, ixracatı genişlənməsi istiqamətində siyasət aparmaqdır. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”.

Elman Rüstəmov
Elman Rüstəmov

Mərkəzi Bank sədrinin sözlərinə görə, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. Ona görə də, ölkədə inflyasiya idxalı gözlənmir, ərzaq məhsullarının bahalaşmasına da iqtisadi əsas yoxdur.

“BAHALAŞMA QAÇILMAZDIR”

Natiq Cəfərli fərqli fikirdədir. Deyir ki, inflyasiyanın, qiymət artımının qarşısını inzibati yolla almaq mümkün olmayacaq:

“Ölkədə qeyri-neft sektorunun ixracatda payı 2%-dən çox deyil, ona görə də, ucuz manatın bu sahədə ixracatın artmasına kömək edəcəyi fikri mübahisəlidir. Ümumiyyətlə 2015-ci ilin “ulduzu” dollar olacaq. Çünki ABŞ iqtisadiyyatı daha tez dirçəlir və inkişaf edir, avro zonada problemlər qalmaqdadır. Hətta bu il kredit, daşınmaz əmlak, avtomobil bazarında da “dollarlaşma” olacaq, yəni bu proseslər dollar üzərindən aparılacaq".

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev əhali arasında yaranan ajiotaja əsas görmür:

“Manatın dollara nisbətdə ucuzlaşmasından söhbət belə getmir. Əsas rəqəm 78 qəpikdir və bu rəqəm dəyişməyəcək. Düzdür 2015-ci il ağır il olacaq. Amma neftin qiymətinin aşağı düşməsi büdcə problemidir. Büdcədə təbii ki, problemlər yaranacaq, xərclər azalacaq”.

"NARAHATEDİCİ MƏQAM ÇOXUNUN MANATI DOLLARA DƏYİŞMƏSİDİR"

Oktay Haqverdiyev
Oktay Haqverdiyev

Oqtay Haqverdiyev inflyasiyanın da birrəqəmli qalacağını düşünür. Eksperti daha çox narahat edən əhali arasındakı “əsassız” ajiotajdır. Oqtay Haqverdiyev deyir ki, ərzaq bahalaşmasına məhz bu amil təsir edir:
“Mən buna "ajiotaj" yox, daha çox "psixoz vəziyyət" deyərdim. Fikir verin, indi hamı manatı dollara dəyişir. Bu nə deməkdir? Yəni manat külçəsi artır və artdıqca alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə inflyasiyanı lap 10-a da gətirib çıxara bilər”.

2014-сü ilin dekabrın 18-dən manatın dollara nisbətdə rəsmi məzənnəsi $1- 0,7844 AZN səviyyəsində saxlanılırdı. Amma hazırda – fevralın 18-də Mərkəzi Bankın saytında 1 dollar 0,7855 AZN-dir.

RUSİYADAN SONRA AZƏRBAYCANI NƏ GÖZLƏYİR?

Dünya bazarında ötən ilin avqustdan nefti qiyməti 2 dəfə uzulaşıb. Dolların dəyəri digər məzənnələrlə müqayisədə artır. Rusiya bir müddət rublu dollara nisbətdə sabit saxlamaq istəsə də bu baş tutmadı. Ötən ilin sonlarına kimi Azərbaycan rəsmiləri də azı 2015-ci ildə manatı sabit saxlayacaqlarını bildirirdi. Amma Fevralın 16-dan manatı qismən buraxıldı. Bu günlərdə Rusiya İqtisadi İnkişaf Nazirliyi 2015-ci illə bağlı proqnozlarını açıqlayıb. Bildirib ki, neftin orta illik qiyməti 50 dollar olarsa bu ölkə iqtisadiyyatına aşağıdakı təsirləri göstərəcək:

Əhalinin sərəncamında qalan real gəlirlər 6.3% azalacaq,
Yoxsulluq 12% təşkil edəcək
Əmək haqları 9.6% azalacaq,
İnflyasiya 15.8% təşkil edəcək,
İdxal 33.9% azalacaq,
ÜDM 3% azalacaq,
Pərakəndə ticarət 8.2% azalacaq.

BU PROQNOZ AZƏRBAYCAN ÜÇÜN DƏ KEÇƏRLİDİR...

İqtisadçı Rövşən Ağayevin fikrincə, rusiyadakı gözləntilərin bir baş Azərbaycana adiyyatı var. Və bu proqnozlar azacıq fərqlərlə Azərbaycan üçün keçirlidir.

Son günlər yerli mətbuatın da yazdığına görə, valyutadəyişmə məntəqələrində bir sıxlıq yaşanır, çoxu “manat ölür” qorxusu ilə milli valyutanı dollara çevirir.
Dövlət Televiziyasında çıxışından öncə fevralın 15-də fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, əhalinin maraqları nəzərə alınmaqla manat tədricən ucuzlaşacaq.

XS
SM
MD
LG