Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:56

Gənc yazardan prezidentə açıq məktub: «Krediti dollarla götürmüşük...»


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

"Biz dərdimizi, qəhərimizi ucuz siqaretlərin tüstüsündə boğmuşuq, möhtərəm prezident!

Son əlacını zəhərli tüstülərdə tapan əzabkeş əhaliyə bu zəhrimarı çox görməsinlər barı..."

Gənc yazar Orxan Bahadırsoy prezidentə açıq məktub yazıb.

"Mən sizi başa düşürəm, möhtərəm prezident! Siz böyük kürsülərin insanısız!

Bizim halımızdan anlamaq çətin gələr sizə. Bunu bilirəm. Amma yenə də dərdimizi sizə danışmaq istəyirəm.

Mən uşaq ikən kəndimizin toylarında tum satardım.

Toy olmayanda bağımızdan yığdığım almanı, armudu, əzgili, xurmanı Lerik-Lənkəran yolunun kənarında bir ağac kötüyünün üstünə düzüb satardım.

Meyvələrin mövsümü bitəndə çaydan balıq tutub satardım. Bəzən bir gündə beş-altı “məmməd”, bəzən də bir-iki “şirvan” qazancım olurdu. O pulla qənd, çay, şəkər tozu, duz, istiot, makaron, konfet, lampanı yandırmaq üçün neft almaq olurdu. Bəs qədər. İki “şirvan” bizi bir həftə dolandırırdı, möhtərəm prezident!

Bu təzə manat evimizi yıxdı.

İndi tum, mer-meyvə, balıq sata bilmirəm. Burda yoxdur onlar. Neyləyim? Kənddə universitet, teatr, qəzet redaksiyaları yoxdur. İşim burdan keçir.

Bu manatın insafı, vəfası, etibarı yoxdur. Necə ki, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə bu xalqın dərdinə hayan olmuşdu, onların adına kəsilən pullar da yanırdı dərdimizə. Onlar gedəndən sonra günümüz qaraldı.

Atamın banklarda kreditləri var. Hamısını da dollarla veriblər.

Dünən mənə dedi ki, “hesablamışam, dörd min manat artıq pul verməliyəm”.

Bu pul sizə kiçik görünəcək, möhtərəm prezident! Axı siz bu boyda dünya ölkələrinin Bakı Avropa Olimpiya Oyunlarında bütün xərclərini öz öhdənizə götürmüş səxavətli, qonaqpərvər adamsız.

Deyəcəksiz dörd min manat nədir ki? Amma bu yaxınlarda bir övladını evləndirəcək, bir övladı ali məktəbə, bir övladı hərbi xidmətə hazırlaşan, sonuncu övladı da orta məktəbdə oxuyan bir ata üçün bu çox böyük puldur. O indiyə qədər sizin bir qəpiyinizi də yeməyib! Dövlətdən heç vaxt pul almayıb o. Dövlət işində işləmir, daş karxanasında elektrik və qaynaqçıdır. Nə təqaüd alır, nə sosial yardım. Yəni, öz zəhməti, əməyi ilə dolanır. İki oğul, iki qız böyütmək asan iş deyil. Ata olmasam da, yazıçıyam mən. Bunu bilirəm. Yəqin siz də bilirsiz, möhtrəməm prezident! Axı siz də üç övlad böyütmüsüz.

Bir neçə gündür su çiçəyi tutmuşam, möhtərəm prezident. Üstünüzə sağlıq. Atamı aptekə göndərmişdim dərman almaq üçün. Dərmanı əvvəlki qiymətindən ikiqat bahasına satmışdılar. O da neyləsin? Krediti ödəmək üçün topladığı puldan verib dərman almışdı mənim üçün. İndi krediti ödəyəcək pulu hardan tapacağını fikirləşir. Ard-arda siqaret çəkir. Siqareti də bahalaşdırıblar...

Bir neçə gündür su çiçəyi tutmuşam, möhtərəm prezident. Üstünüzə sağlıq. Atamı aptekə göndərmişdim dərman almaq üçün. Dərmanı əvvəlki qiymətindən ikiqat bahasına satmışdılar. O da neyləsin? Krediti ödəmək üçün topladığı puldan verib dərman almışdı mənim üçün. İndi krediti ödəyəcək pulu hardan tapacağını fikirləşir. Ard-arda siqaret çəkir. Siqareti də bahalaşdırıblar. Biz dərdimizi, qəhərimizi ucuz siqaretlərin tüstüsündə boğmuşuq, möhtərəm prezident! Son əlacını zəhərli tüstülərdə tapan əzabkeş əhaliyə bu zəhrimarı çox görməsinlər barı. Mən sizi əmin edirəm ki, mənim atam keyfindən oturduğu geniş kresloya, geyindiyi bahalı kostyuma daha da xarizma qatmaq üçün siqaret tüstülətmir. O kreditlərin, əbəs yerə ödəməli olduğu dörd min manatın fikrindən çəkir siqareti.

Onu da deyim ki, AzTV-də danışıb “hər şey yaxşıdır”, “qiymətlərdə heç bir artım yoxdur”, “biz rahat yaşayırıq” deyən adamlar yalan danışır, möhtərəm prezident! Onları öyrədiblər. Hər şeyi bahalaşdırıblar. Əli pulla oynayan sahibkarlar kasıb əhaliyə əməlli-başlı divan tutub. Bahalaşan dolların Gədəbəy kartofuna, Zirə pamidoruna, Lənkəran çayına, limonuna, Türkan soğanına nə dəxli var? Göz dəyməsin, bizim bərəkətli torpağımız var, möhtərəm prezident! Biz heç o dollara möhtac deyilik. Amma bunu bəhanə edib çörəyimizi niyə kəsirlər? Mən sizdən istəyirəm ki, bu işə bir əncam çəkəsiz. Axı siz prezidentsiniz! Sizin sözünüz keçər!

Hörmətlə, Orxan Bahadırsoy"

XS
SM
MD
LG