Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:30

Özbəkistanda müğənnilərin «seksual» paltar geyməsi yasaqlanır


Lola Yuldasheva
Lola Yuldasheva

-

Özbəkistanda qadın müğənnilərin səhnə geyimini məhdudlaşdıran sənəd hazırlanıb. Bu sənədə görə, müğənninin “uyğun olmayan” libasda səhnəyə çıxması qadağandır.

Qadağaları Qadınlar Komitəsi, Mədəniyyət və Təhsil İctimai Birliyi və “Uzbeknavo” estrada birliyi hazırlayıb.

Sənəd artıq vilayətlərin mədəniyyət mərkəzlərinə göndərilib.

Bu haqda AzadlıqRadiosunun özbək xidməti xəbər verir.

“Çox ciddi tələblər qoyulub. Qətiyyətlə bildirilir ki, kürəyi və ayağı açıq paltar geymək, hər-hansı seksual element qadağandır.

İndi vilayətin mədəniyyət və təhsil mərkəzində müğənni qızlarla söhbətlər aparılır.

Onlara izah olunur ki, yarıçılpaq vəziyyətdə səhnəyə çıxmaq “milli mentalitetə ziddir”, - bu sözləri konsert adminsitratoru Ravşan Xolmirzayev deyib.

Lola Yuldasheva konsertdə
Lola Yuldasheva konsertdə

Sözügedən sənəd müğənni Lola Yuldaşevanın Daşkənd konsertlərindən sonra ortaya çıxıb.

Müğənni səhnəyə kürəyi belinəcən açıq və ayaqlarını çöldə qoyan qırmızı paltarda çıxıb.

Konsertdən sonra artisti “Uzbeknavo”ya çağırıb rəsmi xəbərdarlıq ediblər.

Dress-kod-u reqlamentləşdirən sənəddə deyilir ki, gələcəkdə belə vəziyyətlərin aradan qaldırılması üçün bütün müğənnilər konsertdən əvvəl xüsusi ekspert qrupu tərəfindən yoxlamadan keçməlidir.

Bundan başqa, onların səhnə geyimləri və davranışları da dəyərləndirilməlidir.

Ravşan Xolmirzayev deyir: “Cümə günü göndərilən sənəddə tələb qoyulub ki, başqa artistlərin də ​səhnəyə yarıçılpaq vəziyyətdə çıxmalarının qarşısı alınmalıdır”.

Məşhur geyimlərin yaradıcısı, 31 yaşlı rəssam Zulfiya Sulton isə bildirir:

“Yaradıcılıq azadlığı deyilən anlayış var.

Ona görə də artistləri sərbəst geyimlərinə görə çək-çevirə salmaq düzgün deyil.

Təbii ki, şou-biznes nümayəndəsinin səhnə obrazı ilə kitabxanaçının və ya islam kolleci tələbəsinin geyimi fərqlənir”.

XS
SM
MD
LG