Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:30

«Sovetski» sakinləri üçün bina tikmək istəyən 6 il həbs cəzası aldı


"Sovetski"də yaşayan 810 ailə "Ukrayna" meydanında ev ala biləcək
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Video

-

Aprelin 8-də «Des Consulting» MMC-nin vəzifəli şəxslərinə qarşı qaldırılmış cinayət işi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində proses yekunlaşıb. Hakim vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirməkdə təqsirli bilinənlərdən birinin - Nazim Səmədovun 6 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Cəmiyyətin digər üzvləri Asəf HacıismayılovOrxan Fərhadov isə şərti cəza alıblar

Bu barədə AzadlıqRadiosuna Nazim Səmədovun vəkili İradə Cavadova məlumat verib.

«Des Consulting» MMC ötən ilin iyulda mətbuat konfransı keçirərək «Sovetski» sakinlərinin mənzil problemini həll etmək üçün 16-mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi hazırladığı barədə məlumat vermişdi.

TƏŞƏBBÜSDƏN BİR GÜN SONRA İTTİHAM

Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılmışdı. Prokurorluq və polis idarəsinin birgə məlumatında deyilirdi ki, vəzifəli şəxslər vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib.

Müdafiə tərəfi cinayət işinin sifarişli olduğunu bildirir, bunu şirkətin təkliflərinin tikinti monopoliyasının maraqlarına zidd olması ilə izah edir.

Şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia etməyib: bunun üçün tender yolu ilə çoxmərtəbəli binalar tikməyə lisenziyası olan «Həyat İnşaat» şirkətini cəlb edib.

İdeyaya əsasən, kooperativ üzvlər 100 faiz pay iştirakı ödəyəcəkdi. Pay fondunun 80 faizi formalaşandan sonra «Həyat İnşaat» tikintiyə başlayacaqdı. Bina 18 aya istismara veriləcəkdi.

PREZİDENTDƏN YARDIM İSTƏYƏN «DƏLƏDUZLAR»

Keçirdikləri mətbuat konfransında şirkət yardım üçün İlham Əliyevə də üz tutmuşdu. Şirkət rəhbərliyi hesab edirdi ki, Bakı şəhər İcra Hakimiyyəti prezident İlham Əliyevin dəstəyi ilə uzunmüddətli istifadə üçün torpaq sahəsi ayıracaq. Tədbirdə oxunan müraciət mətnində prezidentdən xahiş edilirdi ki, layihəyə dəstək versin.

İradə Cavadova deyir ki, həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmayıb.

XS
SM
MD
LG