Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Rejissor qardaşların “MacDonalds”ı məhv etmək planı


"Mikhalkov Fast-food" (sosial şəbəkələrdən)
"Mikhalkov Fast-food" (sosial şəbəkələrdən)

Nikita Mikhalkov və Andrei Konchalovsky qərara gəliblər ki, Qərbdən gəlmə fast-food şəbəkələrinə alternativ yaratsınlar.

-

Patriotik hamburger!

Nə olan şeydi?

Rusiyada iki qardaş – məşhur rejissorlar Nikita Mikhalkov və Andrei Konchalovsky qərara gəliblər ki, “MacDonalds” və Qərbdən gəlmə bu kimi başqa fast-food şəbəkələrinə alternativ yaratsınlar.

Onlar 18 milyon dollarlıq plan hazırlayıblar. Adı belədir: “Evimizdə yeyirik!” (Yedim Doma!)

İşi kino çəkmək olanlar niyə belə bir sevdaya düşüblər?

Onların hər ikisi Kremlə yaxınlıqları ilə seçilirlər. Rusiya prezidenti Putin özünü Qərbə qarşı mücadilə verən vətənpərvər kimi təqdim etdiyi kimi rejissor qardaşlar da onun sadiq əsgərləri kimi kulinariya sahəsində Qərbə yeni cəbhə açmaq qərarına gəliblər.

Hərçənd bu arada sosial şəbəkələrdə rejissor qardaşların milli fast-food ideyası ilə məzələnənlər də az deyil.

Nikita Mikhalkov (sağda) və Andrei Konchalovsky
Nikita Mikhalkov (sağda) və Andrei Konchalovsky

Fast-food şəbəkələri Rusiya-ABŞ qarşıdurmasında ortada qalıblar. ABŞ və Avropa Birliyi Ukraynaya təcavüz edən Rusiyaya sanksiyalar qoyduqca, Kreml də bunun acığını ABŞ-ın məşhur brendlərindən çıxmağa çalışıb.

Ötən yay MacDonalds-ın Rusiyadakı bəzi restoranlarında yoxlama aparılmış və bir neçəsi bağlanmışdı.

Onu da qeyd etmək yerinə düşər ki, Konchalovsky-nin arvadı, teleşou aparıcısı Yulia Vysotskaya həm də restoran biznesi ilə məşğuldur. “Yedim doma” brendi də ona məxsusdur.

Amma Kremlin siyasətinə nə qədər uyğun olsa da,

Rusiya hökuməti layihəni maliyyələşdirməyə elə də həvəsli görünmür.

Hökumət layihəni birbaşa maliyyələşdirməkdən imtina edib, qardaşlara məsləhət görüb ki, Rusiyada xırda biznesə dəstək verən strukturlara müraciət etsinlər.

Rejissor qardaşların planına görə, 18 milyonun 30 faizi özəl sərmayəçilərdən gəlməli, qalan 70 faizini isə dövlət təminatlı bank kreditləri təşkil etməlidir. (Ardı aşağıda)

Hökumətin həvəssiz münasibətini görən qardaşlar prezident Putinə müraciət ediblər.

“Kommersant” qəzeti yazır ki, Putin baş nazirin müavini Arkady Dvorkovich-ə “layihəni araşdırmaq və dəstək vermək üçün” şəxsən tapşırıq verib.

Bu günlərdə Mikhalkov Putinin qəbulunda da olub.

Qardaşlar layihəni həm də onunla əsaslandırırlar ki, yeni şəbəkədə ərzaq məhsullarının 40 faizi Rusiya fermerlərindən alınacaq. Bu da Qərbin sanksiyaları və rublun dəyərdən düşməsindən əziyyət çəkən fermerlərə dəstək olacaq. (Ardı aşağıda)

Bəziləri qardaşları “McDonald-ın qatili” də adlandırırlar.

Amma buna şübhə edənlər də çoxdur.

"McDonald” bir dünya brendidir və Rusiyada çox populyardır.

Hətta sanksiya davasının qızğın vaxtında Rusiyada bağlanan 4 MacDonalds restoranı sonradan açılmışdı.

Kremlyönlü siyasətçiləri qəzəbləndirən həm də odur ki, MacDonalds Rusiyanın ilhaq etdiyi Krımda öz restoranlarını bağlayıb.

XS
SM
MD
LG