Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:46

Ecclestone “insan haqlarına” baxmayaraq Bakıya “no problem” deyir


Bernie Ecclestone
Bernie Ecclestone

“Bakı? Problem yoxdur. Bu daha bir yarış olacaq” - deyib 84 yaşlı Formula 1 rəhbəri Bernie Eccleston Bəhreyn Grand Prix yarışında.

Reuters agentliyinin yaydığı xəbərə görə Bernie Ecclestone “insan haqları fəalları tərəfindən ifadə olunmuş narahatlıqlara rəğmən” Formula 1-in Grand Prix çempionatının gələn il Azərbaycanda keçirilməsi üçün “heç bir problem görmədiyini” elan edib.

“Bakı? Problem yoxdur. Bu daha bir yarış olacaq” - deyib 84 yaşlı Eccleston Bəhreyn Grand Prix yarışında.

Agentlik yazır ki, Azərbaycan Formula 1-in təqvimində Çindən sonra daha bir ziddiyyətli məkandır.

“Kirmiş bir bəyanat”

Bu il Bəhreyndə 11-ci Grand Prix yarışı keçirilir. 2011-ci ildə bu ölkədə islahatlar tələb edən kütləvi etiraz aksiyaları və onların zorakılıqla yatırılması ilə bağlı Bəhreyndəki yarış baş tutmamışdı.

Reuters yazır ki, bu il ərzində insan haqlarına laqeydliyinə görə kəskin tənqid olunan Formula 1 “kirmiş bir bəyanat” dərc edərək, gələcəkdə ev sahiblərini daha diqqətlə seçəcəyini vəd edib.

“Azərbaycanda insan haqlarının vəziyyəti ilə maraqlanıbmı?” sualının cavabında Bernie Ecclestone deyib:

“Maraqlanmışıq. Məncə hamı razıdır. Orada elə bir böyük problem olacağını görmürəm”.

Formula 1, 2016-cı ilin yarışı üçün Azərbaycanla müqaviləni ötən il imzalayıb.

Ecclestonun “o olmasın, bu olsun”u

Reuters yazır ki, Formula 1-in sakitləşdirici bəyanatlarına baxmayaraq, Azərbaycan onun son seçimlərindən biridir, lakin hazırda idmanın bu növünün ənənəvi traslarının gələcəyi naməlum görünür.

Almaniya bu yarışların keçirilməsindən maliyyə çətinliklərinə görə imtina etmişdi.

İtaliyanın ev sahibliyi də hələlik tam aydın deyil.

“İtaliyanın ev sahibliyində olmaması bir çox Formula 1 pərəstişkarlarını məyus edəcək” – yazır Reuters, lakin Ecclestone əhvalını pozmur:

“Gəlin sizə bir şey deyim. Biz heç Fransada da yarış keçirməmişik. İndi də Almaniyada keçirmirik. Amma onlara əvəz yaxşı yerlərimiz var, deyilmi?” – deyib Formula 1-in rəhbəri.

XS
SM
MD
LG