Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Avropa Olimpiya Komitələri Azərbaycanda insan haqları istəyənlərə sərt rədd cavabı verdi


Təşkilat bildirib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.

Avropa Olimpiya Komitələri dünya boyunca insan haqları təşkilatlarının Azərbaycanda azadlıqların bərbad vəziyyəti ilə bağlı Bakı rejiminə narahatlıq bildirmək çağırışlarına sərt rədd cavabı verib.

Komitələrə bu qəbildən olan çağırışlarda bildirilirdi ki, Azərbaycanda insan haqlarının vəziyyəti və belə bir şəraitdə bu ölkədə Avropa Oyunlarının keçirilməsi Olimpiya Xartiyası ilə bir araya sığmır.

AOK cavab bəyanatında qətiyyətlə bildirir ki, Azərbaycanda insan haqlarının vəziyyəti üçün Bakıdan heç bir sorğu-sual etməyəcək.

Təşkilat bildirib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur.

İnsan ləyaqəti

İnsan haqları təşkilatlarının koalisiyası bu ayın əvvəllərində Avropa Olimpiya Komtələrinin sədri Pat Hickey-ə yazdıqları məktubda onu insan haqlarına dair narahatlıqları prezident İlham Əliyevin qarşısında qaldırmağa çağırmışdılar.

Məktubda deyilirdi: “Avropa Olimpiya Komitələri bu məsələdə sükut etməkləbelə bir yanlış mesaj göndərir ki, Azərbaycanın öz tənqidçilərini susdurduğu bir vaxtda belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi tamamilə məqbuldur”.

Bu da xatırladılırdı ki, AOK insan ləqayəqətini və idmanı özünün əsas məramı edən Olimpiya Xartiyasına uyğun hərəkət etməldiir.

Lakin bu müraciətdən sonra Azərbaycanda daha bir sual doğuran mühakimə keçirilmiş və insan haqları fəalı, hüquqşünas İntiqam Əliyrev qondarma ittihamlarla 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.

İnsan haqları müstəqil ölkənin öz işidir

AOK isə cavab bəyanatında bildirir ki, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində deyil, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət alıb.

Başqa sözlərlə, Azərbaycan Avropa Oyunlarının keçirildiyi bir ay müddətində insan haqlarına qarşı qanunsuzluq törədilməyəcəyinə söz verib.

Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.

Şəxsi səviyyədə və mediasız

Təşkilat həmçinin bildirib ki, Azərbaycan rejimi Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib.

Avropa Olimpiya Komitələri kifayət qədər sərt leksikonda bildirib ki, bundan daha uzağa gedən məsələlər “şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacaq”.

Bu Oyunlarda 50 ölkədən 6000 min idmançı iştirak edəcək və Azərbaycan hökuməti onların bütün xərclərini öz üzərinə götürüb.

Hakimiyyətin tənqidçiləri bildiriblər ki, bu “əliaçıqlıq” Azərbaycana 6, 5 milyard dollara başa gələcək.

Hökumət bu rəqəmin 2 milyard dollardan artıq olmadığında israr edir.

XS
SM
MD
LG