Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:08

Prezident Əliyev: “Bakı I Avropa Oyunlarına tam hazırdır”


Bakıda məşəl alovlandırma mərasimi
Bakıda məşəl alovlandırma mərasimi

-

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey mərasimdə iştirak ediblər.

AzerTAc xəbər verir ki, Prezident İlham Əliyev çıxışında birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı “tarixi qərar” adlandırıb, çünki “başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməyib”.

“VAXTIMIZ MƏHDUD İDİ”

“Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır”.

Məşəl alovlandırma mərasimi
Məşəl alovlandırma mərasimi

Prezident Əliyev bu Oyunların Bakıda keçirilməsi haqqında qərarı bir neçə amillə – ilk növbədə, idmançılarımızın uğurlu çıxışı ilə izah edib. “Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülüb. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir. Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılıb. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Prezident Əliyev ölkənin nəqliyyat infrastrukturunun yeniləndiyini, xidmət infrastrukturunun yaradıldığını, Bakıda bütün aparıcı brend otellərin fəaliyyət göstərdiyini vurğulayıb. Üstəlik ölkənin beynəlxalq yarışların keçirilməsi sahəsində geniş təcrübəsini olduğunu qeyd edib.

“BAKI HEYƏTİ DÜNYA REKORDUNA İMZA ATIB”

Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey çıxışında deyib ki, məşəlin alovlandırılması mərasimini “həlledici məqam” adlandırıb.

Patrick Hickey (ön sıra, soldan birinci) mərasimdə
Patrick Hickey (ön sıra, soldan birinci) mərasimdə

“Həmkarlarım, eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə göstərdiyiniz yardıma görə olduqca minnətdardır. Çünki biz planlarımızın birgə reallaşmasına doğru yekun addım atırıq. Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar”.

Patrick Hickey-nin sözlərinə görə, “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.

XS
SM
MD
LG