Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:51

19 günə 32 şirkət bir adamın – Aydın Yarməmmədovun olub


Foto illüstrasiya
Foto illüstrasiya

-

Vergilər Nazirliyi bu ilin yanvarında dövlət qeydiyyatına alınan kommersiya strukturları barədə məlumatların açıqlanmasını başa çatdırıb. «Turan» agentliyinin analizi göstərir ki, yeni şirkətlərin dörddə birinin direktoru cəmi 7 adamdır.

Hesablamalara görə, yanvarda 487 şirkət, o cümlədən xarici şirkətlərin bir neçə filial və nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

Agentlik bir neçə amilə istinad edərək (ünvan oxşarlığı, nizamnamə kapitalının azlığı, qanuni təmsilçinin eyni olması və s.) hesab edir ki, bunların ən azı 188-i (38.6%) saxtadır.

Yanvarın 19 iş günü ərzində 32 şirkətin direktoru səlahiyyəti Aydın Əhməd oğlu Yarməmmədovun üzərinə qoyulub. Elxan Əbdulqəni oğlu Vahidovun direktoru təyin edildiyi şirkətlərin sayı bundan bir rəqəm azdır. Dadaş Nəzər oğlu Mehdiyev 19 şirkətə, Zaur Böyükkişi oğlu Nağıyev 15 şirkətə rəhbərlik edəcək. Onların ardınca Maarif Vaqif oğlu Həmidov (10), Ceyhun Vaqif oğlu Hüseynov (7) və Rəşadət Ədalət oğlu Məmmədov (5) gəlir. Fevralda bənzər şirkətlərin «klonlaşdırılması» davam edib.

Bu saxta şirkətlərin qeydiyyat yeri kimi Yardımlı, Quba, Hacıqabul, Lənkəran və digər rayonların kəndləri seçilib. Bu şirkətlərin təsisçilərinin adları açıqlanmır. 2012-ci ilin yayından bu məlumatlarməxfi hesab olunur.

Bu şirkətlərdən, adətən, şübhəli dövlət satınalmalarında istifadə olunur. «Turan» İA dəfələrlə bu mövzuda yazaraq qeyd edib ki, bu satınalmalar birgünlük şirkətlər cəlb edilməklə dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi məqsədi daşıyır. Ancaq hüquq mühafizə orqanları hələlik susur.

«Turan» bu ilin martında «Büdcə siçovulları aradan çıxır» başlıqlı məqaləsində oxşar problemə toxunmuşdu və bir nəfərin 106 şirkətinin qeydə alındığını yazmışdı.

XS
SM
MD
LG