Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:27

Astara Gömrüyü 13 aydır İrandan gətirilən kafeli ölkəyə buraxmır


Astara Gömrüyü
Astara Gömrüyü

«Arçun» kiçik müəsissəsi və «Ulduz» MMC ilə Astara Gömrük Məntəqəsi arasında məhkəmə çəkişməsi davam edir.

«Arçun» müəssisəsinə məxsus İrandan gətirilən bir maşın kafel dolu yük 13 aydır ki, gömrükdə saxlanır. Gömrük malı qiymətləndirən sənədin əslinin olmadığını iddia edir.

Yunus Orucov, "Azçun"nun direktoru
Yunus Orucov, "Azçun"nun direktoru

«Arçun»nun direktoru Yunus Orucov bu işlə bağlı 10-dan çox məhkəmə keçirldiyini deyir:

«Heç bir əsas olmadan bizi məhkəmlərdə süründürürlər. Ali məhkəmə bundan əvvəlki məhkəmələrin qərarlarını ləğv edib. İş yenidən apelyasiya məhkəməsinə göndərlib. Acınacaqlı vəziyyətdəyik. Qanuna görə qiymətləndirməni gömrük özü də həyata keçirdə bilər. Sadəcə inciridlər».

GÖMRÜK KOMİTƏSİNİN SƏDRİ YARDIM EDƏCƏYİK DEYİB, AMMA...

Yunus Orucov Gömrük komitəsinin sədri Aydın Əliyevin qəbulunda da olub. Sədr ona kömək edəcəyini bildirsə də hələ nəticə yoxdur.

Yunus Orucovun məhkəməyə təqdim etdiyi sənədlər
Yunus Orucovun məhkəməyə təqdim etdiyi sənədlər

«Ulduz» MMC-nin directoru Mədət Pənahov deyir ki,məhkəmə qərarı ilə İrandan gələn iki maşın yükünü gömrükdən çıxarda bilib. Amma bir yük maşını kafel hələ də gömrükdə saxlanır:

«Məhkəmə məcburi qaydada işi icraata yönəltdi. Gömrüyün əməkdaşları uyğunluq sertifikatının olmadığını bəhanə gətirirdilər. Biz malın uyğunluq sertifikatını məhkəməyə təqdim etdik. Halbuki, bu sertifikatı onlara da vermişdik».

Astara Gömrüyündə saxlanan yüklə bağlı məhkəmə davam edir.

Vidadi Abbasov, sürücü
Vidadi Abbasov, sürücü

«Ulduz» MMC-nin yükünü daşıyan sürücü Vidadi Abbasovun da maşını gömrükdə saxlanılırdı. Məhkəmənin qərarı ilə onun yük maşını maşını buraxılıb. Amma:

«Gömrükdə saxlandığım günlərin pulunu, gömrük ödəməli idi, ödəmədi. Sahibkar mənə 1000 manat pul verdi. Gömrükdə bir ildən çox saxlanan maşın var. Onun hər gününə 50 manat ödənməlidir. Sahibkarın pulu yoxdur. Maşın sahibi isə pulunu tələb edir. Günahkar gömrükdür, pulu o ödəməlidir, ancaq ödəmir».

Həm Gömrük Komutəsi, həm də Astara Gömrük İdarəsindən sözügedən sahibkarların sənədlərinin düz olmadığını deyirlər. Bu səbəbdən də onların yükü ölkəyə buraxılmır.

Sahibkarlar bununla bağlı məhkəməyə müraciət ediblər. Hazırda işə baxılır.

XS
SM
MD
LG