Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:50

Avropalı parlamentarlar Qərb liderlərini olimpiadanın açılışına getməməyə çağırdılar


Avropalı parlamentarlar Azərbaycan hökumətini ilk Avropa Olimpiya Oyunları ərəfəsində əksəriyyətin siyasi məhbus saydığı şəxsləri azadlığa buraxmağa çağırıblar.
Avropalı parlamentarlar Azərbaycan hökumətini ilk Avropa Olimpiya Oyunları ərəfəsində əksəriyyətin siyasi məhbus saydığı şəxsləri azadlığa buraxmağa çağırıblar.

-

Avropalı parlamentarlar Azərbaycan hökumətini ilk Avropa Olimpiya Oyunları ərəfəsində əksəriyyətin siyasi məhbus saydığı şəxsləri azadlığa buraxmağa çağırıblar.

Bundan başqa onlar Avropa liderlərini olimpiadanın iyunun 12-də keçiriləcək açılış mərasiminə getməməyə səsləyiblər.

Avropa Parlamentinin vitse-prezidenti Alexander Graf Lambsdorff deyib ki, Azərbaycan hökuməti öz vətəndaşlarına “qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında əksini tapan bütün azadlıqları tam şəkildə verməlidir”.

O azadlıqlar ki, BMT-nin Ümumdünya İnsan Haqları Bəyannaməsi və Olimpiya Xartiyası ilə də səsləşir.

Lambsdorff Avropa Parlamentində keçirilən və “Bakı oyunları. İnsan Haqları uğrunda mübarizə” adlanan tədbirdə çıxış edib.

Tədbiri parlamentin bütün fraksiyaları birgə təşkil edib.

Böyük ehtimalla Avropa Parlamentində iyunda Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı qətnamə səsverməyə çıxarılacaq.

Bundan başqa parlamentin bir neçə üzvü yaxın həftələrdə Azərbaycan hökumətinə müraciət edəcəklər vəinsan haqları müdafiəçilərinin siyasi məhbus saydığı jurnalistlər və başqa şəxsləri azadlığa buraxmağa çağıracaqlar.

Giorgi Gogia
Giorgi Gogia

Onlar ümid edirlər ki, Azərbaycan prezidenti İlham Əliyev həmin şəxsləri 28 may – Respublika günü münasibətilə əfv edəcək.

Azərbaycan hökuməti Olimpiadaya böyük önəm verir. Bakıya 50 Avropa ölkəsindən 6000-cən atlet toplaşacaq.

Human Rights Watch təşkilatının araşdırmaçısı Giorgi Gogia da Avropa Parlamentindəki tədbirdə iştirak edib.

O deyib ki, son 15 ildə Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərin bir çoxu ya həbsdədir, ya gizlənir, ya da xaricə qaçıb.

Gogia-nın fikrincə, ölkədə faktiki olaraq mülki cəmiyyətin fəaliyyəti üçün meydan qalmayıb.

Azərbaycan hökuməti isə heç kimi siyasi motivlə həbs etmədiyini deyir.

Dinara Yunus (sağda) valideynləri ilə.
Dinara Yunus (sağda) valideynləri ilə.

Tədbirə Azərbaycanda həbs edilən tanınmış insan haqları müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus da qatılıb. O, çıxışında deyib ki, anası şəkər xəstəliyi və hepatit S xəstəliyindən əziyyət çəkir, həbs ediləndən sonra 16 kiloqram arıqlayıb və getdikcə görmə qabiliyyətini itirir.

D.Yunus deyib ki, avqustun 5-də həbs ediləndən bəri atası haqda heç nə eşitməyib: “Onu sadəcə, diri-diri basdırıblar”.

O, Qərb ölkələrinin Azərbaycanda insan haqlarının vəziyyətinə münasibətini “səssiz diplomatiya” adlandırıb. Onun fikrincə, vəziyyəti düzəltmək üçün çox az iş görülür.

“Hələ ki mən vəziyyətin yaxşılığa dəyişməsini müşahidə etmirəm. Mən valideynlərimi sağ görmək ümidimi getdikcə itirirəm. İndi onların azad edilməsinə çağırmaqdan yox, onların həyatını xilas etməyə çağırmaqdan söhbət gedir. Onların xaricdə xəstəxanaya yerləşdirilməsinə, müalicə almasına ehtiyac var”- deyə D.Yunus bildirib.

XS
SM
MD
LG