Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Xəzərdə müharibə təhlükəsi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzeti yazır ki, Avropanın Rusiyadan energetik asılılığını minimuma endirmək üçün Qərb, belə demək mümkünsə, cəbhə boyu hərəkətə keçib:

«Bu hərəkətliliyin qayəsində Transxəzər qaz kəməri layihəsinin gerçəkləşməsi yolundakı bütün geosiyasi, hərbi xarakterli əngəl və təhlükələri aradan qaldırmaq durur. Söhbət öncəliklə tranzit ölkələrin etibarlı təhlükəsizliyi, həmin ölkələrdəki münaqişələrin həllindən gedir.

Məlumdur ki, Transxəzər layihəsində əsas qaz qaynağı Azərbaycan və (daha çox) Türkmənistan hesab edilir. Rusiyadan yan keçəcək bu boru xətti isə Kremli ciddi şəkildə qayğılandırır. Rusiyanın «Türk axını» (əvvəlki «Cənub axını» layihəsinin yeni variantı) da elə xeyli dərəcədə Transxəzərə alternativ kimi nəzərdən keçirilir».

Qəzetin yazdığına görə, ATƏT-in birinci katibi Lamberto Zannier Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedov-la görüşdə deyib ki, Avropa Türkmənistana qaz təchizatçısı kimi baxır və bu yöndə əməkdaşlığın perspektiv aspektlərinin müzakirəsinə hazırdır:

«Həmin görüşdə «Xəzər konsorsiumu»nun yaradılması haqda ilkin razılığa gəlinib. Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Razılaşma gələcəkdə Transxəzər kəmərinin reallaşmasına kömək etməlidir. Söhbət türkmən qazının Xəzər dənizinin dibi ilə Bakıya qədər gətirilməsi, buradan isə TANAP vasitəsilə Avropaya çıxarılmasından gedir».

Qubad İbadoğlu
Qubad İbadoğlu

QUBAD İBADOĞLU: «BU, SƏHV YANAŞMADIR»

«Hesab edirəm ki, bu, səhv yanaşmadır. Çünki bankdan götürülən pul müxtəlif valyutalara, eləcə də əmtəəyə, yenidən pula transformasiya olunaraq müxtəlif funksiyalar yerinə yetirir, mülkiyyət isə münasibətlər prosesində formasını dəyişsə də eyni funksiyaya malik olur».

Bu sözləri Konstitusiya Məhkəməsinin kreditlərin qaytarılması ilə bağlı qərarını «Amerikanın səsi»nə şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Mayın 16-da Konstitusiya Məhkəməsi (KM) qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib.

İqtisadçı hesab edir ki, əslində, Konstitusiya Məhkəməsi manatın yeganə ödəniş vasitəsi olmasını əsas götürüb dollarla olan kreditlərin manatla ödənilməsinə qərar çıxara və eyni zamanda bununla da milli valyutanın nüfuzunu da artıra bilərdi.

Qubad İbadoğlunun dediyinə görə, bu, həm də gündən günə artan problemli kreditlərin həllinə töhfə olardı.

Azay Quliyev
Azay Quliyev

AZAY QULİYEV: «AZƏRBAYCANIN KİFAYƏT QƏDƏR ƏSASI VAR Kİ...»

«Azərbaycanın bütövlükdə «Bişkek protokolu»ndan imtina etməsi üçün kifayət qədər əsaslar var. Çünki danışıqlar uzun müddətdir getsə də, ortada heç bir nəticə yoxdur. Azərbaycan bu razılaşmanın sülhün bərqərar olmasına köməklik etmədiyini əsas gətirərək birtərəfli şəkildə protokoldan çıxa bilər və buna tam haqqı var».

Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev modern.az saytına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibəsində deyib:

«Güc tətbiq etməklə torpaqları işğaldan azad etməyə bu gün Azərbaycanın yetərincə imkana və gücə malikdir. Sadəcə olaraq hazırkı beynəlxalq geosiyasi vəziyyət bunun üçün o qədər də əlverişli deyil. Ancaq bu o demək deyil ki, Ermənistan uzun müddət torpaqlarımızı işğal altında saxlaya biləcək. Siyasətdə heç nə daimi deyil, geosiyasi situasiya və konyunktura tez-tez dəyişir. Uyğun mühit yetişdiyi təqdirdə Azərbaycan nə yolla olur-olsun torpaqlarını azad edəcək».

XS
SM
MD
LG