Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:10

«Oliqarxgeyt», yoxsa uğursuz idarəetmə sistemi?


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Turan» yazır ki, iri biznesmenlərin dindirməyə çağırılması davam edir. Hər gün onların dindirilməsi, bu və ya digər iri sahibkarın, bankirin saxlanması barədə məlumatlar gəlir. Lakin hüquq-mühafizə orqanları heç bir rəsmi açıqlama vermirlər.

Yalnız dövlət başçısı 16-mərtəbəli binanın yanmasının səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyasının iclasında söyləyib ki, bəzi məmurlar və biznesmenlər böyük mənimsəmələrə yol veriblər və buna görə cavab verəcəklər. «Vaxtı çatanda ictimaiyyətə məlumat veriləcək», - o qeyd edib.

Dindirilənlər isə bildirirlər ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlardan tələb edirlər ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri krediti qaytarsınlar. Hətta 2016 və 2017-ci illərdə ödəniləcək kreditləri də qaytarmaq lazımdır. Bunu hansı əsaslarla və hansı formada etməyin lazım gəldiyi heç kimi maraqlandırmır. Faktiki olaraq ABB ilə əməkdaşlıq edən hər kəs girova çevrilib.

Maraqlı budur ki, ABB-nin keçmiş rəhbərliyi kənarda qalıb, indiyədək məsuliyyətə cəlb olunmayıb. Belə olan vəziyyətdə hakimiyyətin məntiqini anlamaq çətindir.

Borcların tələb edilməsi prosesi hələlik iqtisadi duruma mühüm təsir göstərmir. Lakin uzunmüddətli perspektivdə bu, həmin oliqarxların müəssisə və obyektlərinin bağlanması, ölkədən kapital axını, investisiya mühitnin pisləşməsi və sahibkarlara inamın itməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə iş yerinin itirilməsi deməkdir.

XS
SM
MD
LG