Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:29

Praqada İlham Əliyevin «hakim»liyi ilə rinq... [Video]


Praqada İlham Əliyevin «hakim»liyi ilə rinq...
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

-

İyunun 12-də Çexiyanın paytaxtı Praqanın mərkəzində Azərbaycanla bağlı aksiya keçirilib.

Aksiyada Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar haqda məlumat verilib. Bildirilib ki, Azərbaycan Avropa Oyunları keçirir, amma Avropa dəyərlərinin əleyhinə olaraq ölkədə söz azadlığı boğulur, hakimiyyət tənqidçiləri həbsə atılır.

Bundan sonra tamaşaçılara Azərbaycanla bağlı iki səhnə göstərilib.

Birinci səhnədə rinqdə insan haqları müdafiəçisi ilə polis yarışır. Oyunun hakimi isə üzünə İlham Əliyevin şəkli olan maska taxıb. Bununla könüllülər onlara tamaşa edənlərdə Azərbaycan haqda təsəvvür yaratmaq istəyirlər.

Polisin uduzduğunu görən hakim rinqə ikinci, ardınca da üçüncü nəfəri salır, bununla da insan haqları müdafiəçisinin məğlubiyyətinə nail olur.

İkinci səhnəcik futbol oyunu idi.

İLHAM ƏLİYEVƏ ƏSAS MESAJIMIZ ODUR Kİ…

Təşkilatçılardan PİN təşkilatının Demokratiya və İnsan Haqları Mərkəzindən Ivana Skalova deyir ki, bu səhnəciklərlə İlham Əliyevin ölkəni necə idarə etməsini anlatmaq istəyiblər:

«İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl. Mən həbsdə olan onlarla belə siyasi və vicdan məhbusunun adını çəkə bilərəm. Azərbaycanda 90-dək şəxs siyasi baxışlarına, hakimiyyəti tənqid etdiyinə görə həbsdədir. Biz bu tədbirimizlə Çexiya, Avropanın hökumət təmsilçilərindən Azərbaycan hakimiyyətinə siyasi məhbusların buraxılması üçün təzyiqlər etməsini istəyirik. İlham Əliyevə əsas mesajımız odur ki, məhbuslar azad olunsun, ölkədə demokratiya üçün addımlar atılsın».

İyunun 12-də Bakıda ilk Avropa Oyunlarının açılışıdır. Təşkilatçılar məhz buna görə ölkədə insan haqlarının durumunu idman səhnələri ilə göstərdiklərini deyirlər.

Azərbaycanda 90-dək siyasi və vicdan məhbusu var. Onlar arasında gənc fəallar, jurnalistlər, hüquq müdafiəçilərinin adı yer alır.

XS
SM
MD
LG