Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:24

"Azərbaycan idmançılarına hakim simpatiyası var"


-

"Açığı, gözlədiyimdən daha yaxşı nəticələr oldu. Günortadan sonra keçirilən yarışlarda tribunalar dolu olur, eşitdiyimə görə bilet üçün növbə yaranır."

İyunun 26-da gәnclәr vә idman naziri Azad Rәhimov jurnalistlərə açıqlamasında deyib: “I Avropa Oyunlarında təmsil olunan Azәrbaycan komandası zәfәr günlәrini yaşayır”.

Onun sözlәrinә görә, 12 gün әrzindә Azәrbaycan reytinqdә 2-ci yerdә qalıb: "Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Dünәn 1 qızıl, 2 gümüş, 3 bürünc qazanmışıq. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu”.

Azərbaycanın Avropa Oyunlarında ikinciliyi əldə saxlamasının sirri nədədir? “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli AzadlıqRadiosunun suallarını cavablandırır. O deyir ki, Oyunların başa çatmasına hələlik iki gün qalır, ona görə nəticələr dəyişə də bilər.

Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

- Əlbəttə, nəticələr dəyişə bilər. Bizi izləyən iki komanda var: Böyük Britaniya və Almaniya. Böyük Britaniya bir, Almaniya iki qızıl bizdən geridədir. Əlbəttə, bizi keçə bilərlər. Bu ikincilik hələ yekun deyil.

- Sizcə, Azərbaycanın ikinci yerdə olması ölkədə idmanın inkişafından xəbər verir, ya başqa amillər var?

- Mən Oyunlardan öncə proqnoz vermişdim ki, biz 45-dək medal qazana bilərik. Ancaq güləşdə çox yaxşı nəticələrimiz oldu, bundan başqa, Ostapenko beş medal qazandı. Və bunun hesabına medallarımızın sayı daha da artdı. Məncə, medalların sayı 50-ni keçəcək. Bundan başqa, digər məqamları da xahiş edirəm, nəzərə alasız. Burda doğma divarlar amili var. Əlbəttə, idmançıların gücü bərabər olanda, xüsusən final görüşlərində həmin divarların dəstəyi ön plana çıxır. Boks yarışlarında hakim simpatiyası da var idmançılarımıza, bunu da etiraf etmək lazımdır.

- Sizcə, başqa amillər də varmı? Məsələn, rəqiblərin güclü olmaması. Azərbaycana gələn idmançılar yetərincə ciddi və güclü rəqibdilərmi? Avropa mətbuatında bu haqda ara-sıra yazılır.

Mahir Rüstəmli
Mahir Rüstəmli

- Bəzi ölkələr tam güclü heyətlə gəlməyib. Amma Rusiya yetərincə güclü heyətlə gəlib. Almaniya, Britaniya güclü heyətlə gəlib. Amma İtaliya güclü heyətlə gəlməyib.

- Hansı idman növləri üzrə güclü komandalar gəlib Azərbaycana?

- Rusiya güləşdə, samboda yaxşı heyətlə gəlsə də, qadın voleybol yığmasında o qədər də güclü deyil. İtaliya qılıncoyanadanları tam heyətlə gəlməyiblər. Yəni hələlik mənim bildiyim budur.

- Zəif heyətlər hansılardır?

- Düzü, o tərəfinə fikir verməmişəm. Turnirin əvvəlindən mübarizə Rusiya Azərbaycan mübarizəsi müstəvisində gedib deyə daha çox Rusiya idmançılarına diqqət yetirmişəm.

- Rusiyanın güclü heyətlə gəlməsi daha çox Azərbaycana siyasi dəstək kimi qiymətləndirilə bilərmi?

- Ola bilsin, o məqam da var. Ancaq Rusiya bütün yarışlara, olimpiadalara öz gücünün sübutu, əzəmətini göstərmək vasitəsi kimi baxır.

- Tamaşaçı kütləviliyi necədir, sizcə?

- Açığı, gözlədiyimdən daha yaxşı nəticələr oldu. Günortadan sonra keçirilən yarışlarda tribunalar dolu olur, eşitdiyimə görə bilet üçün növbə yaranır. Söhbət boks, sambo, cüdodan gedir. Düzdü, deyirlər ki, inzibati sistem işə düşüb, məktəblərdə, dövlət büdcəsindən maliyyələşən idarələrdə biletlər paylanıb. Şahidi olmasam da, eşitmişəm. Amma açıq-aşkar bəzi yarışlardan qabaq kassaların qabağında növbə var.

XS
SM
MD
LG