Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:34

Avropa Bakını itirir


Azərbaycan və Rusiya bayraqları.
Azərbaycan və Rusiya bayraqları.

-

«Yeni Müsavat» qəzeti Azərbaycanda keçirilən ilk Avropa Oyunları və onun Azərbaycan üçün siyasi özəlliyindən, Bakı-Qərb münasibətləri üçün bir «lakmus kağızı»na çevrilməsi, bu münasibətləri ciddi şəkildə sınağa çəkməsindən yazır:

«Belə təəssürat yarandı ki, bu boyda məsuliyyətin altına girib də böyük bir idman yarışına uğurla, bir çoxlarının gözləmədiyi şəkildə, həm də Avropa tarixində ilk dəfə ev sahibliyi edən Azərbaycana Qərb, Avropa nədənsə heç bir güzəşt tanımaq istəmir, idmana da geosiyasi maraqlar prizmasından baxır, insan haqları mövzusuna müvəqqəti moratorium da qoymağa hazırlaşmır.

Iqtidar bütün səylərini səfərbər edərək, bu müzakirələrdən qalib çıxmaq istəyində olsa da, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) məğlubiyyət buna inamı azaldıb.

Qərbin bəzi siyasi dairələrində isə Avropa Oyunları Azərbaycanı hədəfə gətirmək üçün sanki bir fürsət oldu. O da aydın sezildi ki, müəyyən məkrli dairələr üçün təməl haqlar mövzusu ölkəmizə qarşı, sadəcə, bir təzyiq rıçaqı rolundadır.

Kreml ulduzu
Kreml ulduzu

I Avropa Yay Oyunları ölkəmizin Qərbdən uzaqlaşmaqda olması təəssüratını da gücləndirib. Belə vəziyyət isə müstəsna olaraq şimal qonşumuzun, konkret olaraq prezident Putin-in strateji maraqlarına, onun SSRİ-nin bərpasına hesablanmış Avrasiya layihələrinə cavab verir.

Qərbin bəzi siyasi dairələrində isə Avropa Oyunları Azərbaycanı hədəfə gətirmək üçün sanki bir fürsət oldu.

Təhlükə və risk də bundadır, çünki rəsmi Moskva Qarabağ və digər məsələlərdə heç bir ciddi güzəşt vəd etmədən Azərbaycanı qazanmaq, ona sahiblənmək şansı əldə edə bilər. Yay Oyunlarının bizdən ötrü mühüm siyasi dərslərindən biri zatən, budur...».

BMT AZƏRBAYCANI TƏŞVİŞƏ SALIB

«Azadlıq» qəzeti yazır ki, BMT Azərbaycanı təşvişə salıb:

«Azərbaycan hakimiyyəti ölkədə insan haqları sahəsindəki acınacaqlı vəziyyətin Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları Şurasının sentyabrda keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağından narahatdır. «Azadlıq»a daxil olan məlumata görə, hakimiyyət ölkədəki vəziyyətin BMT səviyyəsində müzakirəyə çıxarılmasının pis nəticələr verə biləcəyindən ehtiyatlanır.

Bildirilir ki, iqtidar bütün səylərini səfərbər edərək, bu müzakirələrdən qalib çıxmaq istəyində olsa da, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) məğlubiyyət buna inamı azaldıb».

«İNANMIRAM HANSISA ÖLKƏ BU CÜR AVROPA OYUNLARI KEÇİRSİN»

Siyavuş Novruzov
Siyavuş Novruzov

«Bağlanış mərasimi çox yüksək səviyyədə keçdi. Hesab edirəm ki, Oyunların həm açılışı, həm gedişatı, həm də yekunu çox yüksək şəkildə həyata keçirildi. Orada olan bütün yenilikləri, atılan bütün addımları xüsusi vurğulamaq lazımdır».

Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov «Bakı-2015» Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib. O qeyd edib ki, bu ilk Oyunlar standartları müəyyənləşdirdi: «Əslində, elə bir standartlar müəyyənləşdirdi ki, inanmıram ki, hansısa ölkə bu cür Avropa Oyunları keçirsin».

Millət vəkili vurğulayıb ki, ilk Avropa Oyunları çox yüksək şəkildə, tamamilə təhlükəsizlik şəraitində keçirilib.

XS
SM
MD
LG