Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

"Uçot dərəcələrini endirməklə banklara jest olundu"


-

İyulun 10-da Mərkəzi Bank üçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi. Bəs, 0,5 faizlik endirmə nəyi dəyişəcək?

Bu haqda iqtisadçı Vüqar Bayramov öz facebook hesabında yazır ki, istehlak kreditlərində komisiyon haqqlarının məhdudlaşdırılması ilə bağlı Mərkəzi Bankın hələ ötən həftəki addımı faizlərin mərhələli azalacağını göstərirdi:

"Mərkəzin Bankın uçot dərəcəsini azaldılması komisiyon haqları ilə bağlı banklara jest kimi də dəyərləndirilə bilər. İkincisi, uçot stavkasının aşağı salınması kommersiya banklarına daha aşağı fazilə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyili ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər".

Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcələrinin azaldılması ilə bağlı qərarında da bank xidmətlərinin ucuzlaşması, özəlliklə, faiz dərəcələrinin enməsi ilə bağlı yazılanları vurğulayır. Əlavə edir ki, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir.

İqtisadçı düşünür ki, bu qərarı ilə Mərkəzi Bank intervensiya xərclərini tənzimləmək üçün məzənnə siyasətindən faiz siyasətinə keçir.

XS
SM
MD
LG