Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

İran sazişi: Neft qiymətləri, İsrail, sünnilər və Azərbaycan


Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif. Vyana, 14 iyul, 2015.
Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif. Vyana, 14 iyul, 2015.

Neft qiymətlərin bundan sonra düşməkdə davam etməsi Rusiya, Qazaxıstan və Azərbaycan kimi ixracatçıları mənfi təsirləndirə bilər.

Beləliklə İranın BMT silah müfəttişlərinə ölkənin hərbi obyektlərinin yoxlanması icazəsini verməsi ilə Tehran və Qərb arasında uzun sürən məşəqqətli nüvə danışıqlarında son əngəli aradan qaldırıb və iki onillikdir ki, gözlənilən yekun sazişi razılaşdırılıb.

Vyanada keçirillən danışıqların sonuncu mərhələsi çərşənbə axşamının erkən saatlarında başlamışdı.

Heç də mükəmməl olmayan sənəd

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və İranın xarici işlər naziri Javad Zarif sazişi Qərbin İslam Respublikası ilə münasibətlərində “yeni fəsil” kimi salamlayıblar.

İndi Tehran və dünya qüvvələrini təmsil edən 6 ölkə - ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, Almaniya əldə olunmuş sazişin dekabradək icra olunması üçün “yol xəritəsi”nin texniki detallarını razılaşdırmalıdırlar.

Cənab Zarif bu sazişi bütün tərəflər üçün uğurlu adlandırsa da, sənədin kamil olmadığını dilə gətirib.

“Biz hamı üçün heç də mükəmməl olmayan, lakin öhdəsindən gələ biləcəyimiz razılaşma əldə edirik” – deyib İranın xarici işlər naziri.

Xanım Mogherini isə sazişi “bütün dünya üçün ümid yeri” adlandırıb.

İsrail və sünnilər

Biz hamı üçün heç də mükəmməl olmayan, lakin öhdəsindən gələ biləcəyimiz razılaşma əldə edirik

İsrail və sünni ərəb monarxiyaları sazişi qətiyyətlə pisləyiblər. Sünni ərəb dövlətləri, ələxüsus da Səudiyyə Ərəbistanı narahatdır ki, indi Tehran milyardlarla sərbəst dollarını Hizbullah kimi müttəfiqlərinə xərçləyə biləcək və Suriyadan İraqadək ərəb dünyasında siyasi çəkisini artıracaq.

İsralin baş naziri Benjamin Netanyahu razılaşmanı “tarixi miqyaslara malik səhv” adlandırıb.

O deyib ki, bununla da İran nüvə silhına aparan cığıra çıxıb.

Kerry-nin 18 günü

Lakin bu razılaşma prezident Barack Obama-nın ən böyük siyasi qələbəsi kimi qiymətləndirilir.

Dövlət katibi John Kerry son 18 günü Vyanada olub.
Dövlət katibi John Kerry son 18 günü Vyanada olub.

Bu sazişin razılaşdırılması dövlət katibi John Kerry-nin 30 illik siyasətçi fəaliyyətinin də ən əhəmiyyətli uğuru sayılacaq. O sazişin razılaşdırılması üçün son 18 günü Vyananı tərk etməyib.

Təhlilçilər sözügedən sazişi müasitr zəmanənin ən böyük nailiyyəti hesab edirlər və onu 1970-ci ildə əldə olunmuş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və START sazişi ilə müqayisə edirlər.

Konqres əngəli

Lakin sazişi Amerika Birləşmiş Ştatlarında böyük əngəl gözləyir.

Konqresdə xeyli respublikaçı və demokrat İsrail baş nazirinin narahatlığını bölüşürlər.

Konqresin sazişə baxaraq onu rədd etməsi Barack Obama-nı İran üzərindəki sanksiyaları qaldırmaq imkanından məhrum edə bilər.

Lakin administrasiya inanır ki, sazişin Konqresdən keçməsi üçün demokratların kifayət qədər resursları var.

İran barrelləri neftin qiymətini “öldürə” bilər

İran sazişinin doğurduğu digər narahatlıq isə neft bazarlında baş verə biləcək mümkün yeni təlatümlə bağlıdır.

“Finacial Times” qəzeti yazır ki, ilin əvvəllərindən başlayaraq köhnə qiymətinin 60 faizini bərpa etmiş neft yenidən ucuzlaşmağa başlayıb.

Bu, bazarların İrandan axacaq yeni milyonlarla barrel gözləntisi ilə bağlıdır.

Neft qiymətləri artıq may ayından bəri 15 faiz düşmüşdü.

Qiymətlərin bundan sonra düşməkdə davam etməsi Rusiya, Qazaxıstan və Azərbaycan kimi ixracatçıları mənfi təsirləndirə bilər.

Bununla belə ABŞ təhlilçiləri İran barrellərinin bazara dekabradək axacsğını gözləmirlər.

Onlar bildirirlər ki, Konqres və Obama arasında İran sazişi uğrunda çəkişmə uzun sürə bilər.

XS
SM
MD
LG