Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:56

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

14:01 7.8.2015

45 min manat

Vəkil Fariz Namazlı deyir ki, Xədicə İsmayıl təxminən 45 min manat vergi ödəməkdən yayınmaqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edir.

14:18 7.8.2015

Məhkəmədə Xədicəyə su verilmir

Vəkillər Xədicəyə su alıb, verməyə çalışsalar da nəzarətçilər buna imkan verməyiblər. Məhkəmə işçiləri özləri də Xədicəyə su vermirlər.

14:49 7.8.2015

«Turalın gəlməməsi müəmmalıdır»

Şahid qismində məhkəmə çağırılan jurnalist Aynur İmranova deyir ki, Xədicə İsmayıl gümrahdır, zarafatından qalmır: «Məhkəməni qərəzli qiymətləndirirəm. Tural Mustafayev şikayətini geri götürməsinə baxmayaraq, bu məsələylə bağlı maddə hələ də gündəmdə qalır. Tural bu gün məhkəməyə gəlmir, keçmiş həyat yoldaşı zəng edir, amma zəng çatmır. Onun prosesə gəlməməsi də müəmmalıdır».

15:17 7.8.2015

Məhkəmə tərkibinə etiraz

Xədicə İsmayıl və vəkilləri məhkəmə tərkibinə etiraz ediblər. Məhkəmə heyəti etirazı dəyərləndirmək üçün prosesdə fasilə elan edib.

Xədicə İsmayıl tələb edib ki, AzadlıqRadiosunun və «Azadlıq» qəzetinin işçilərinə məhkəmədən reportaj hazırlanmasına şərait yaradılsın.

Prosesə virtual.az, teleqraf.com və apa-nın əməkdaşları buraxılıb. «Onlar Prezident Administrasiyasından gəldiyi güman edilən siyahı üzrə məhkəmə binasının əsas girişindən keçirlər. Nəzarətçilər özləri onları gəlib aparır», - müxbirlərimiz bildirir.

Davamı

XS
SM
MD
LG