Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:37

Bacılar necə milyoner oldu


Donna (solda) və Rosy Khalife
Donna (solda) və Rosy Khalife

-

Altı yaşlı qohumlarının bütün günü İPad-də oyun oynadığını görən bacıların ağlına ideya gəlir- uşaqları cihazlardan ayırmaq, onlara real oyunlar təklif etmək!

Çox keçmir ki, 31 yaşlı Donna Khalife bacısı 24 yaşlı Rosy ilə onlara hazırda illik 1 milyon dollar gətirən yeni bir şirkət - “Surprise Ride”ı qururlar.

Bu şirkət uşaqlar üçün içində oyunlar və oyuncaqlar olan hədiyyə qutularının ünvanlara çatdırılmasını təmin edir.

Bazarın spesifik seqmentini hədəflədilər

“Forbeswomen” bacılar haqda məqalədə yazır ki, şirkətin uğurunu təmin edən şərtlərdən biri də onun bazarın spesifik seqmentinə üz tutması oldu: bacıların hədəfi artıq oxumağı bacaran 6-11 yaşlı uşaqlar idi. Hədiyyə qutularını isə nənə-babalar, xalalar üçün reklam edirdilər.

Praktik oldular, mövsümü nəzərə aldılar

Oyunlar İnternet əsrindən əvvəlki oyunlar kimiydi, virtual deyildi, praktiki idi: məsələn, yay mövsümü üçün hazırlanmış qutulardakı oyunlar belə idi: mumdan şam hazırlamaq, çimərlik qumunun üzərində rəsm çəkmək.

Bacıların uğurunun bir sirri də sistemli yanaşma idi. Onlar hərəsi bir vaxt qurşağında yaşayırdı: Donna ABŞ-da, Los-Angeles şəhərində, Rosy isə okeanın o tayında- Böyük Britaniyanın paytaxtı Londonda.

Qızlar məcburən online işlədir - “Google document” – Online yenilənən sənəd yaradıb, hərəsi öz gündüz vaxtını işləyərək 30 səhifəlik plan hazırladılar. 2012-ci ilin dekabrında, onlar bank hesablarına 5 min dollar qoyub işə başladılar və website yaratdılar.

Qızların bu işdə məsləhətçisi ataları - rəssamlığı təkbaşına öyrənmiş Ray Khalife idi.

Ailə 1980-cı ildə qaçqın düşüb - Livandan Misirə

Bacıların biznes təhsilləri var- Donna Harvard Biznes Məktəbini bitirib və “Wall Street” də işləyib, Rosy biznes kollecinin məzunudur.

Rosy uğurlarının sirri haqda deyir: “Uğur qazanmaq üçün gecə-gündüz, həftəsonları da işlədik. İşləri yoluna qoymaq üçün başqa cür mümkün deyil”.

2014-cü ilin mayında bacılar ABŞ –da məşhur reality şou- “Shark Tank” a qatılır. Bu verilişdə ideyalar investorlara nümayiş olunur, investorlar bəyənərlərsə, ideyanı maliyyələşdirirlər.

Bu verilişdə onların şirkətinin 25 faizini almaq istəyən tapılır, amma onlar satmırlar.

Amma verilişdə görünmək belə şirkətin abunəçilərinin sayını dəfələrlə artırır.

Birinci il bütün işləri özləri gördülər

Biznesə başladıqları birinci il şirkətin bütün işini bacılar özləri görürdülər- indi onların 10 işçisi var.

Rosy uğurlarının sirri haqda deyir: “Uğur qazanmaq üçün gecə-gündüz, həftəsonları da işlədik. İşləri yoluna qoymaq üçün başqa cür mümkün deyil”.

XS
SM
MD
LG